sitename

          ABŞ-ın İran planı: nüvə sazişinin yerinə...

 

"Amerika İranla nüvə müqaviləsinin əvəzinə yeni razılıq əldə etmək üçün müzakirələr aparmağa hazırdır”.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk deyib.

 

Huk bildirib ki, rəsmi Tehran müzakirə etmək istəsə, Vaşinqton bunu yeni müqavilə formatında Konqresdə qəbul etdirməyə hazırdır. O, rəsmi Tehranla yenidən razılaşma əldə edilməsi üçün Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun irəli sürdüyü 12 şərti bir daha xatırladıb. Onun sözlərinə görə, İran inqilabi ölkədən adi ölkəyə çevrilsə, tərəflər arasında yeni razılaşma əldə edilməsi üçün müzakirələrin baş tutması mümkündür. Amerika tərəfi isə bu razılaşmanı Senatda yeni müqavilə kimi qəbul edə bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300