sitename

            Sudanda növbəti etiraz aksiyası keçirilib

 

Aprelin 6-da Sudanın paytaxtı Xartumda prezident Ömər əl-Bəşirin istefası tələbi ilə aksiya keçirilib.

ONA-nın "Alman dalğası”na istinadən verdiyi məlumata görə, minlərlə aksiya iştirakçısı "Vahid ordu-Vahid xalq” şüarları səsləndirərək Sudan Silahlı Qüvvələrinin Baş Qərargahının qarşısına toplaşıb.

Həmin rayonda Prezident sarayı və Müdafiə Nazirliyinin binası da yerləşir. Aksiyanın təşkilatçıları bildiriblər ki, məqsədləri ordunun seçim etməsinə nail olmaqdır. Polis aksiya iştirakçıları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Sudanda ilk etiraz aksiyaları 2018-ci ilin dekabrında başlayıb. Aksiyalarda öncə çörəyin qiymətinin kəskin artmasına etiraz edilsə də, sonra etirazlar 30 ilə yaxındır ki, ölkəni idarə edən Ömər əl-Bəşirə qarşı yönəlib. Polis aksiyaçılara qarşı sərt davransa da, indiyə qədər Sudan ordusu aksiyaların dağıdılmasında iştirak etməyib. Prezident fevral ayında ölkədə fövqəladə vəziyyət elan edib. Bununla belə, yeni də etiraz aksiyaları davam edir.

Dünən aksiyalar zamanı bir sanitar həyatını itirib. Bununla da 2018-ci ilin dekabrından indiyə qədər aksiyalarda polislə toqquşmalar zamanı həyatını itirən fəalların sayı 32 nəfərə çatıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300