sitename

        "Azərbaycanda həkimlər pis deyil, dərmanlar pisdi"-Bakıda işləyən iranlı doktor

 

Hazırda Təbriz xəstəxanalarının birində çalışan, tanınmış həkim uroloq Hasan Hasanzadə bir neçə il əvvəl dəvətlə Bakıda klinikaların birində işləyib. Sonradan İrana geri qayıdan həkimin yanına indi də burdan xəstələr gedir.

Medicina.az xəbər verir ki, azərbaycanlı pasiyentlərdən biri Təbrizdə Həsən həkimin qəbulunda olarkən, niyə Bakıda qalıb işləmədiyini soruşur. O bildirib ki, Azərbaycanda işləyəndə xəstələrə düzgün müalicə yazmasına baxmayaraq, effekt görmürdü.

" Mən dünya tibbi protokolları müalicə üçün nə tələb edirsə, onu da yazırdım. Amma Azərbaycanda yazdığım müalicələr burdakı kimi effekt vermirdi. Nə xəstə, nə mən təsirini görmürdüm. Anladım ki, səbəb dərmanlardır. Eyni dərman, eyni tərkibdir. İranda o reseptlə xəstəliyi 3 həftəyə sağaldırdım, Bakıda isə aylarla fayda görmürdük. Bu da xəstələrdə həkimə inamsızlıq yaradır.

Ona görə işləməyə davam etmədim. İndi Təbrizə Bakıda məni tanıyanlar gəlir. Dərmanlarını burdan alırlar. Bir neçə dəfə orda işləmək üçün dəvətlər gəlib, amma getmirəm. İşləməyimin nə faydası? Özümlə İrandan dərman daşıya bilmərəm axı”.

Həkim qeyd edib ki, "Azərbaycanda yaxşı həkim yoxdur, ona görə xəstələr xaricə gedir fikri” ilə razı deyil.

"Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300