sitename

          Zakir Həsənovdan müharibə anonsu

 

Aprelin 6-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə səfərlərini və aprel döyüşlərinin nəticələri ilə bağlı səsləndirdiyi fikirləri xatırladan Müdafiə naziri ordu qarşısında qoyulan son tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq, xüsusilə gecə vaxtı, döyüş şəraitinə, real əraziyə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinə hazırlığın təşkili, eləcə də hərbi xidməti başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması və hərbi xidmətə çağırılmış gənc əsgərlərin qəbulunun mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlarına toxunan general-polkovnik Zakir Həsənov bunun cəbhə xəttində gərginliyin artmasına səbəb olacağını qeyd edib. Müdafiə naziri plana uyğun olaraq keçirilən bütün təlimlərin genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət etdiyini bildirib. Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300