sitename

               ABŞ-dan Rusiyaya müharibə xəbərdarlığı: "Biz hazırıq"

 

"Rusiyanın Venesueladakı hərbi varlığına cavab verməyə hazırıq”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Rusiya ilə Amerika arasında yeni bir gərginliyə yol açan Venesuela böhranı ilə bağlı danışan dövlət katibi bildirib ki, NATO xarici işlər nazirlərinin görüşündə rus əsgərlərinin Venesueladan çıxarılmasının zəruri olduğu müzakirə edilib.

"Biz bunu Rusiyanın dünya miqyasındakı cəhdləri kontekstində müzakirə etdik. Ukrayna, Suriya və Venesueladakı pis niyyətli fəaliyyətini, Azov dənizindəki etdiklərini danışdıq. Hər hadisədə kollektiv bir cavab vermək üçün əlimizdən gələni edirik. Venesuela üçün ABŞ və veriləcək cavab hazırdır”, - Pompeo bildirib.

Qeyd edək ki, daha əvvəl İspaniyanın xarici işlər naziri Yosef Borrel Vaşinqtonda keçirilən NATO xarici işlər nazirləri toplantısında ABŞ-ın rus əsgərlərinin Venesuelada olması məsələsini gündəmə gətirmək istədiyini bildirmiş, ancaq Venesuela məsələsinin NATO-nun problem olmadığını vurğulayaraq "Venesueladan danışmadıq” demişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300