sitename

                 Ermənistan parlamentində misli görünməmiş hadisə -Foto

İki gündür Ermənistan parlamentində baş verən qeyri-adi hadisə barədə mediada müzakirələr gedir.

Teleqraf.com xəbər verir ki, cümə günü parlamentin axşam sessiyasında "Ermənistanda insan hüquqları haqqında" məsələnin müzakirəsi zamanı bir qadının kürsüyə yaxınlaşaraq eynicinslilər barədə çıxış etməsi erməniləri şoka salıb.

Lilit Martirosyan ölkədə transgenderlər və transseksualların durumunun acınacaqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, cinsini dəyişən şəxslər və eynicinslilərə qarşı vəhşi hərəkətlər edilir. Lilit Martirosyan aralarında müxtəlif işgəncələrə məruz qalanlar, ölümcül döyülənlər, hətta boğazları kəsilənlər olduğunu vurğulayaraq dövlətin onları belə təhlükələrdən qorumadığını söyləyib.

İclasın aparıcısı deputat Naira Zöhrabyan onun sözünü yarımçıq kəsərək "Gündəlikdə belə məsələ yoxdur" deyə onu kürsüdən uzaqlaşdırıb.

Dəhlizdə gözləyən cinsini dəyişmiş trasgenderlər Zöhrabyana etiraz edib.Qarışıqlığın yaranmaması üçün bütün deputatlar susmaq məcburiyyətində qalıb.

Sözügedən hadisə Erməni parlamenti tarixində ən biabırçı hadisə kimi qiymətləndirilir. Həmin şəxslərin parlamentin binasına və iclas zalına kim tərəfindən və hansı yolla daxil olması araşdırılır.

Lilit Matirosyanın əvvəlki halı

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300