sitename

         Avtomobil yollarında təmir işləri nə zaman aparılmalıdır

 

Asfalt-beton örtüklərinin xidmət müddətində istismarını təmin etmək üçün onların saxlanması və təmir edilməsi zəruri şərtlərdən biridir.

Asfalt-beton örtüklərdə müntəzəm olaraq cari, orta və əsaslı təmir işləri icra olunur.

Avtomobil yolları istismar prosesində avtonəqliyyat vasitələrinin və təbii amillərin təsirlərinə məruz qalır. Avtomobillərin təkərlərinin sürtünməsindən və yağıntıların mənfi təsirlərindən asfalt-beton örtükdə yeyilmə, aşınma, çat və dağılmalar baş verir ki, bu da asfalt-betonun örtük materialının qalınlığının azalmasına gətirib çıxarır.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aparılmış tədqiqatlar göstərir ki, 4-5 il ərzində asfalt-beton örtüyün üst layında əhəmiyyətli dərəcədə aşınma baş verdiyinə görə bu konstruktiv lay üzərinə düşən funksiyanı yerinə yetirə bilmir və onun yenilənməsinə zərurət yaranır. Avtomobillərin hərəkət şiddətindən asılı olaraq, yol geyimini müxtəlif üsullarla gücləndirirlər.

Yeni layihələndirilən və tikilən avtomobil yollarının normativ xidmət müddətində istismar etmək üçün asfalt-beton örtüklü avtomobil yollarının təmirlərarası müddəti aşağıdakı kimi müəyyən edilmişdir:

- hərəkət şiddəti 7000-dən çox olan I dərəcəli yol üçün əsaslı təmir müddəti 14-16 il, orta təmir müddəti 6 il;

- hərəkət şiddəti 3000-dən çox olan II dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 5 il;

- hərəkət şiddəti 1000-dən çox olan III dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 4 il.

Cari təmir planlı və xəbərdaredici təmir kimi fərqlənir. Cari təmir yazda və payızda keçirilir ki, yazda bütün yol boyunca qış dövründə əmələ gəlmiş dağılmalar və digər qü-surlar ləğv edilir, payızda isə yolu qısa hazırlamaq üçün təmir işləri icra olunur. Xəbərdaredici (profilaktik) təmir ilin bütün fəsillərində yaranmış zədələnmələri ləğv etmək üçün keçirilir.

Çatları yazın əvvəlində və payızda lazımı qaydada bağla¬yırlar (yayda isə yalnız səhər saatlarında örtük quru olduqda və çatlar geniş açıldıqda onları təmir edirlər).

Asfalt-beton örtüklərinin orta təmiri zamanı iki əsas iş növü yerinə yetirilir: yol geyiminin ümumi qalınlığını artırmaq üçün yeni asfalt-beton qarışığından lay döşənir və ya örtüyə kələ-kötür səth vermək üçün birlaylı və ya ikilaylı səth emalı işləri icra olunur. Bu işləri yerinə yetirmək üçün köhnə örtük cari təmir işlərində olduğu kimi təmir edilir. Asfalt-beton örtüklərinin orta təmiri zamanı üst layın bütövlüyünü və hamarlığını bərpa etmək üçün regenerasiya (itirilmiş xassələrin bərpa edilməsi) prinsipinə əsaslanan termoprofilləşdirmə texnologiyasını da tətbiq edirlər. Hər iki halda təmir olunmuş yoldan avtomobillərin sərbəst hərəkətini təmin etmək lazımdır. Örtükdə kələ-kötürlüyü təmin etmək üçün birlaylı və ya ikilaylı səth emalı işləri icra olunur. Səth emalı aparılmamışdan əvvəl örtükdə mövcud olan bütün çatlar, çalalar və s. zədələnmələr təmir edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300