sitename

       Azərbaycan xalqına və onun naz-nemət içində yaşayan başçılarına MÜRACİƏT

Mehriban, Mərhəmətli, gözəl Allah adı ilə

İnşallah, söyləyəcəyimiz fikirlər müqəddəs Qurani-Kərimin bu günə qədər söylənilməmiş hikməti olacaq və bütün fikirlərin Quran səhifələrində açıq-aydın öz əksini tapması Uca Allahın biz bəndələrə bəxş etdiyi İlahi müjdədir.
Dəyərli, qiymətli möminlər, hörmətl millətim! Söyləyəcəklərim bir həqiqətdir. Haqqın sahibi gözəl Allah bizi doğru və dözgün yolu olan müqəddəs Quran nurunda, Quran işığında birliyə dəvət edir.
Müqəddəs Qurani-Kərim gözəl Allahın şah əsəridir və bu əsər yaranmışların əşrəfi olan insanların həyatda bir insan kimi yaşamasının bütün yollarını çox sadə və açıq-aydın şəkildə aydınlatmışdır.
Qurani-Kərim dünyanın qanun toplusudur. Quran - insan, Quran - Kainat deməkdir.
Dünyada baş verən hadisələri olduğu kimi bizə çatdıran O, Gözəl Allaha həmd və şükürlər olsun.
Qurani-Kərim bütün elmlərin tacı, alimlərin-Alimidir. Gözəl Allah - bizi yoxdan var edən Allah ən gözəl Həkim və ən gözəl Hakimdir.
Qurani-Kərim mübarək peyğəmbərimiz Məhəmməd əleyhissəlama Məkkədə-Mədinədə nazil olub. Dərk olunması və sirlərinin Azəbaycanda açılması heç kimi təəcübləndirməsin.
Hər bir millətin bayrağı o millətin qürur mənbəyidir. Lakin, Azərbaycan bayrağı Dünyanın qürur mənbəyi olacaq. Bayrağımızda əks olunan nişanələri - mavi, qırmızı, yaşılı sübh vaxtı Allahın səmasında aydın görə bilərik.
Dünyada sülhü, ədaləti bərqərar edəcək Quran Məhəmmədə (s.a.v) nazil olub və biz əməlsaleh bəndələrə miras qalıb.
O Gözəl Allah hikmət dolu Qurana and içir. İnşallah o gözəl Allahın hikmətini və Quranın gözəlliyini hər bir insan duyacaq və birmənalı olaraq qəbul edəcəkdir. Çünki, söyləyəcəklərim mənim deyil, O gözəl Allahın ən gözəl mələyi Cənabi Cəbrayıl (ə) vəhy etdikləridir ki, mən sizlərə söyləyirəm. Söyləyəcəyim həqiqətin Quran səhifələrində öz əksini tapması Uca Allahın bizə bəxş etdiyi bir müjdədir. Allah təkrar-təkrar bizi agah edir və and içir: "Açıq-aydın Kitaba And olsun!”
Bu müraciətdə məqsədim Allah dərgahından qəbul etdiyim, XXI əsrdə baş verəcək qiyamət xəbərini sizlərə çatdırmaqdır. Bu xəbəri çatdırmazdan öncə, Quranın surə və ayələrinin düzülüşünün Allah tərəfindən olmasını sübut edən üç riyazi düsturu (dəlili) sizlərə çatdırıram (hansı ki, bu düsturları da mənə Həzrət Cəbrail Əleyhissəlam vəhy etdi).

Birinci dəlil: Quran niyə məhz 114 surədir?

Quranın 114 surədən ibarət olmasının sirrini Cənabi Cəbrail bizə belə izah etdi:
Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən yaranmasını;
Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:

7 + 286 + 200 + 176 = 669

Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.

Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan (9, 19, 29, ...... 109) bu surələrdəki ayələri cəmləsək 555 ədədi alınar:

129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555

Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi Quranda sərtlik və cəza rəmzi sayılır (yeri gəlmişkən, 9 rəqəmi "Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır).

Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:

669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı (kodu) olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:
"Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6

Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə vəhy olunan Quran ayələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir. Yuxarıdakı düstur sübut edir ki, müqəddəs kitab insan beyninin məhsulu olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Yəni, Allahın iradəsi və elmi ilə düzülmüşdür.

İkinci dəlil: "İbrahim” surəsi niyə 14 ədədi ilə nömrələnib?

Bildiyimiz kimi, Quranda "İbrahim” surəsi 14 ədədi ilə nömrələnib. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Bəs niyə peyğəmbərlər atası İbrahim Xəlilullahın adına olan surəni 14 ədədi ilə nömrələdi?
Cənabi Cəbrail əleyhissəlam bu sirri bizə belə vəhy etdi:
14 ədədi Allahın Öz adına olan "Rəhimli Allah” surəsinə bağlanır və Quranda çox böyük tarazlıq (balans) yaradır. Belə ki, "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi Quranda 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır).
Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir (Quranın cəmi əlli beş surəsində 41-ci ayə var).
Beləliklə, "Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi "İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir:

55 - 41 = 14

Alınan 14 ədədi həm də İbrahim Xəlilullahın Peyğəmbərliyinin riyazi sübutudur.

Üçüncü dəlil: Rəsulullahın adına olan "Məhəmməd" surəsi niyə 47 ədədi ilə nömrələndi?
Cənabi Cəbrail əleyhissəlam bu sirdən bizi belə agah etdi:
"Məhəmməd" surəsinin nömrəsi olan 47 ədədinin sirri elə Rəbbimin Öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır.
Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur:
"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"
Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq, "Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik:

78 - 31 = 47

Bu fakt, Yaradanla, Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də Quranın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində və iradəsi ilə baş tutduğunu sübut edir.

Bu sirlərə vaqif olduqdan sonra, qayıdaq Allahın bizə vəhy etdiyi qiyamət xəbərinə. Xəbərin doğruluğunu və Allahdan olduğunu sübut etmək üçün Cənabi Cəbrail əleyhissalam bizə aşağıdakı riyazi gedişi öyrətdi:
Quranın və gözəl Allahın bəxş etdiyi həqiqət 29-cu surə olan "Hörümçək” surəsindən başlayır. Bu surə 69 ayədən ibarətdir. 69 surə isə, "Haqq olan qiyamət” adlanır.
Yeri gəlmişkən, 16-cı surənin 2-ci ayəsində: "Allah mələkləri vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: İnsanları qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin. Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun” – buyurur Rəbbim.
İnşallah, Haqq dərgahından qəbul etdiyim mübarək qiyamət xəbərini bəşərin nuru, ədəb-ərkan, mərifət, qanacaq, qeyrət sahibi olan və bütün yaranmışların son peyğəmbəri Məhəmmədin (s.a.v) mübarək adına gələn 47-ci surədə çox sadə riyazi gediş ilə Quran səhifələrində öz əksini tapmışdır.
Qurani-Kərimi açan surə "Fatihə” Quranın düşünən beyni, açan ayə isə, "Əlif Lam Mim”dir!

Məhz 29-cu və 30, 31, 32 surələrdə eyni mütəşabih ayənin gəlişi, hər biri Quran hikmətini çox sadə şəkildə izah edir. Hər bir ayənin hikməti bizə insan olub, Axirəti düşünməyi tövsiyə edir.
29-cu surənin hikmətləri:
1) 29 surənin ilk ayəsi "Əlif Lam Mim”. Hərfi mənası Azər-bay-can kəlamında öz əksini tapır.
2) 29-cu surənin ikinci ayəsi isə, olduğu kimi mənim həyatımdır: Allah insanı canı, övladı və malı ilə imtahan edər. (Canım xəstə, 1990-cı il yanvar hadisələrində övladımı qurban verdim, Allahın bəxş etdiyi var-dövlət isə, hər kəsə bəlli. Quran: kimdir O şəxs ki, Allah yolunda könül xoşluğuyla ehsan verə. Allah qəbul etsin. Millətimin ağır-dar günündə bəyəndiyi gözəl əməli mənə də nəsib etdi; var-dövlətimi Allah yolunda ehsan etdim. Allah hər bir bəndəsinə, millətinə Özü bəyənən gözəl əməllər nəsib etsin, Amin!)

29-cu surə 69 ayədən ibarətdir. Quran özü-özünü təsdiq edən İlahi bir hikmətdir. Quranın 114 surəsində 29 ədədi 69 dəfə, 69 ədədi isə, 29 dəfə gəlməsi İlahi hikmətdir.
29 x 69 = 2001 (XXI əsr)
Allah məhz bu əsrə and içir: "And olsun əsrə”.

Yəni, 1421 il öncə gözəl Allah XXI əsrin elm əsri olması və elmlərin tacı olan Quran hikmətinin gerçəkliyini aşikar edəcəyindən xəbəb verir. 21-ci surənin 2-ci ayəsində: "Rəbbimdən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər”.
Mütaşabih ayənin dərki

29-cu surənin riyazi dərki: 29-cu surə 69 ayədən ibarətdir, 69-cu surə 52 ayədən, 52-ci surə 49 ayədən, 49-cu surə 18 ayədən, 18-ci surə 110 ayədən, 110-cu surə 3 ayədən, 3-cü surə isə, 200 ayədən ibarətdir. Bura qədər yeddi surə gəldiyimizə görə, 3 surənin 7-ci ayəsinə baxaq. Ayənin son cümləsi: "Mütaşabih ayəni ağıllı adamlar dərk edirlər”.

29 + 69 = 98 ("Açıq aydın dəlil” surəsi)

98-ci surə, 2-ci ayə: "Bu açıq aşikar dəlil isə, pak səhifələri onlara oxuyan, Allah tərəfindən onlara göndərilmiş Peyğəmbərdir!
Tövhid-İslam dini babamız İbrahim Xəlilullahdan, peyğəmbərlər atası, Allahın sevimlisi dostu İbrahim (ə) yadigar qalan birinci və sonuncu dindir.
"İbrahim” surəsinin 4-cü ayəsi yalnış fikirlərə son qoymaq üçün nazil olunmuşdur: "Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində göndərdik ki, Allahın hökmlərini onlara izah edə bilsin”.

69 – 29 = 40
40-cı "Mömin” surəsi 85 ayədir. 40-cı surə, 2-ci ayə: "Kitabın nazil edilməsi yenilməz qüdrət sahibi olan və bilən Allahdandır”.

47-ci surə Bəşər nuru Məhəmməd (s.a.v) adına gələn surədir! Məhz Allah dərgahından qəbul etdiyim mübarək qiyamət xəbəri olduğu kimi 47-ci surənin birinci və sonuncu ayələrilə riyazi gedişinin bir həqiqət olmasını hər bir insan dərk edəcəkdir.
Məhəmməd (s.a.v) bəşər üçün rəhmət qapısı, mərhəmətdir, İlahi bir nurdur.
47 surə 2-ci ayə: "İman gətirib yaxşı əməllər edənlərin, Rəbbimdən Məhəmmədə haqq olaraq nazil edilənə inananların isə, günahlarının üstünü örtəcək. Onların əhvalını yaxşılaşdıracaqdır”.
"Və de: Həmd olsun Allaha! O, öz qüdrət nişanəsin insanlara göstərəcək, insanlar da görüb dərk edəcəklər”. "Qarışqalar” surəsi 93
"Kafirlər” surəsinin 2-ci ayədə: "Mən sizin ibadət etdiyiniz bütlərə ibadət etmərəm!”

Verəcəyim izahlara yalnız və yalnız kafir olan insan iman gətirməz.

Diqqətlə qulaq as mənə, ey insan! Qiymətini bil! Sən yaranmışın əşrəfisən, Allahın zərrəsisən. Özünü yersiz dünya malına satma. Allah sənə öz canından can verdi. Allahın əmanətinə xəyanət etmə! Ruhunu çirkin işlərdən təmizləmək üçün tövbə et. Tövbə həm fani dünyanın, həm də əbədi axirət sərvətidir. Həm də əbədi sərvət. Allah Adəm babamızı Cənnətdə yaratdı və biz insanları da cənnət üçün yaratdı. Çalış gözəl əməlin sahibi ol. O Sahib sənin hər əməlini qiymətləndirəcək. Sonradan peşman olma, qayıt haqq yola. Dünya malına görə başqalarına əziyyət vermə. Dünya malına görə Allahın hökmünə biganə qalma. Qalib gələn Allah olacaq. Sən yahudi və xaçpərəstlərin çirkin niyyətlərinin qurbanı olma; onlar açıq-aşkar müsəlmanların düşmənidir. Allah bu haqda xəbərdar etmiş bəşəriyyəti: "Siz yahudi və xaçpərəstlərlə gizli və aşkar saziş bağlayırsız, son nəticə olmayacaq”. (Quran)
2009-ci il Qarabağ münaqişəsi Avropada müzakirə olunanda Amerika, Fransa, Rusiya nümayəndələri heç iclasa girmədilər. Bu haqda 4-5 ay qabaq Azərbaycan Prezidentinə ünvanladığım müraciətdə bildirmişdim. Necə Avropa bizə biganədir (halbuki 4 qətnamə qəbul ediblər); o cümlədən də bu gün dövlət rəhbərləri və məmurları insanlara, dövlət qanunlarına biganədirlər.
67-ci surə "Hakimiyyət” surəsidir ki, 20-ci ayəsində Rəbbim buyurur: "Bu əsgərləriniz və köməkçiləriniz kimdir ki, sizi Allahın əzabından qurtara bilsinlər. Zalımlar sadəcə aldanmaqdadırlar”.

Dəyərli millətim! 29-cu surənin adı "Hörmüçəklər”, mənası 41-ci ayədə öz əksini tapmışdır: "Allahdan başqa dost (hami) qəbul edənlər özlərinə yuva qurmuş hörmüçəyə bənzəyərlər. Evlərin ən zəifi isə şübhəsiz ki, hörmüçək yuvasıdır. Kaş biləydilər”.

Qiyamət xəbərləri

Allah dərgahından qəbul etdiyim mübarək qiyamət xəbəri 78-ci surənin 4 və 5-ci ayələrinin təsdiqidir:
"Onlar qiyamətin haqq olduğunu mütləq biləcəklər”
"Bir də deyirəm xeyr, onlar qiyamətin haqq olduğunu mütləq biləcəklər!” (78:4-5)
Bu xəbərin riyazi gedişi Bəşər nuru, ədəb-ərkan, mərifət, qanacaq, qeyrət sahibi olan və bütün yaranmışın son Peyğəmbəri Məhəmməd (ə) adı ilə gələn 47-ci surədən başlanması, özü bəşər nuruna bir hörmət bir müjdədir.
Quran: "Məhəmmədə (ə) ibadət və itaət etmək Allaha ibadət və itaət etməyə bərabərdir”.
Bilməliyik ki, Məhəmməd (ə) də bizim kimi bir insan olub, yüksək məqama yalnız və yalnız gözəl əməlinin sayəsində yetişib.

Allah müqəddəs Qurani-Kərimdən açıq şəkildə ayə göndərdi: "Mən gözəl kəlamları eşidən, gözəl əməlləri isə, qəbul edənəm”. Məhəmməd (s.a.v) kamil bir insan sinvoludur. Həyatı hər bir insana bəllidir.

47-ci surənin 1-ci və son ayələrinin riyazi gedişi, Quranın pak səhifələrində olan hikməti hər bir insanı düşündürməlidir. Riyakarlıqdan, mənəm-mənəmlikdən əl çəkib, insan kimi yaşamağın əsl vaxtıdır.

Dünyada baş verən hadisələri görməmək və duymamaq üçün insan kor və kar olmalıdır. Müsəlman dünyasının başına gələn müsibətlər imanı olmayan Alimlərin və öz çürkin əməllərimizin nəticəsidir. İslam dinini parçalayaraq, təriqət və məzhəblərə ayırdılar. İngilislər bu gün də görmüş olduqları çirkin işlərini bombalarla tamamlayırlar. Yahudilər və xaçpərəstlər əgər həqiqi demokratiya axrarırlarsa, Quran ədəbi, Quran əxlaqında tapa bilərlər. Onların boş vədləri insan yaddaşında qalacaq, onlardan yaxşı əməl görmək mümkün deyil.

Qiyamət xəbərini təsdiq edən və "Məhəmməd” (47) surəsindən başlayan riyazi gediş:

47-ci surə 38 ayədir, 38 surə 88 ayədir, 88 surə 26 ayədir, 26 surə 227 ayədir. Bu dörd surənin birinci və sonuncu ayələrinin ardıcıl düzülüşü bir daha söyləyirəm, Qiyamət xəbərinin təsdiqi olacaq.

47-ci surə, 1-ci ayə: "Kafir olanların və Allah yolundan dönənlərin əməllərini Allah puç edəcəkdir”.
47-ci surə, 38 ayə: "Budur, siz malınızdan Allah yolunda sərf etməyə çağrılanlarsınız. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə, yoxsulsunuz. Əgər ondan üz döndərsəniz yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər!”

38-ci surə, 1-ci ayə: "SAD (Sev Allahı Daim). Şanlı, şərəfli öyüd-nəsihətlə dolu Qurana and olsun!”
38-ci surə, 88-ci ayə: "Siz Onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz”.

88-ci surə, 1-ci ayə: "Bürüyəcək Qiyamət xəbəri sənə gəlib çatdımı?! (Bəli, Allahım!)
88-ci surə, 26-cı ayə: "Onlarla haqq-hesab çəkmək bizə aiddir”.
26-cı surə, 1-ci ayə: "Ta, Sin, Mim”

26-cı surə, 227-ci ayə: "Ancaq yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra, intiqamını alanlardan başqa! Zülm edənlər hara düşəcəklərini mütləq biləcəklər”.

Allah insanı dəyərli, qiymətli yaratdı. İnsan Uca Allahın yer üzündə xəlifəsi, yaranmışın əşrəfidir.
Qurani-Kərimdə bu günə kimi verilmiş xəbərlər hamısı göz önündədir. Lakin, məkrli, lənət olmuş şeytana uyan ingilislər dillərində həqiqətdən danışsalar da, ən böyük haqqı, həqiqəti ört-bastır etməkdə çox mahirdirlər. Rəbbim özünü Allah sayan Fironu suda boğdu və gələcək nəsillərə ibrət olsun deyə, cəsədini olduğu kimi saxladı. 1954-cü ildə Britaniya alimləri axtarış zamanı naməlum cəsəd tapdılar. Tədqiqtlar nəticəsində alimlər təsdiq etdilər ki, bu cəsəd Fironundur. Heç bir dəva-dərman vurulmayan cəsəd hal-hazırda London şəhəri Brikişdə saxlanılır. İnsan nə qədər çalışsa ki, həqiqəti gizlətsin, bu mümkün deyil. Bir gün o həqiqəti Uca Allah aşikar edir. Quran: "İnsanlar nə qədər hiylə qursalar da gözəl Allahın bir tədbiri bəs edir”. Bu gün də Allahın tədbirinə hər bir insanın ehtiyacı vardır.

Bu gün Vətənimizin və dünya müsəlmanlarının başçıları, Alimləri bir araya gəlib, babamız İbrahim Xəlilullahdan yadigar qalan Tövhid İslam ətrafında birləşməli, Allahın ipindən yapışmalıdırlar. Müqəddəs Qurani-Kərimdən qidalanmalı, insanlarımızda Quran ədəbini, Quran əxlaqını bərpa etməliyik. Bu gün Avropa mədəniyyəti altında millətimizin alçalmasına yol verilməməlidir. Abır-ismətimizi qorumalı, insanları sevməliyik. Hər bir insan Allah zərrəsidir. Həyatda pis insan yoxdur, pis əməl var. Allah bizi pis əməllərdən xilas eləsin. İnsanlığa sığmayan həyat tərzindən, Uca Allahın Özü sevdiyi həyatı bizlərə nəsib etsin! Amin!

Allah biz bəndələrinə qarşı çox mehribandır. Allah heç vaxt bəla göndərməz; lakin, bu fani dünyada etmiş olduğumuz yaxşı və ya pis əməllərimizi bizə qaytarar və nəsib edər. Allah bir məmləkətə bəla göndərməzdən öncə o məmləkətin başçısını - şan-şöhrət içində ömür sürən insanlarını xəbərdar edər. Haqq yola qayıtmadıqları halda bəla nazil edər:
"Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi, zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”.
"Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara gecə, yaxud, günün günorta çağı gəldi”.
Ən böyük əzab çəkən də məhz o şah-şöhrət sahibləri olar.

Qurani-Kərimdə insan həyatında baş verə biləcək, hər bir hadisəni gözəl Allah açıq-aydın şəkildə izah etmiş və söyləmiş:
"Biz Quranın şərhi izahında heç bir əyriliyə yol vermədən nazil etdik ki, insanlar ibrət götürsünlər”. "Zatından dönən iman gətirməz”. (51-ci surə, 9)

Müqəddəs Qurani-Kərimi ilk dəfə Uca Allahdan istəyən insan İsa Ruhullah olub. Diqqətlə bax 5 surənin 114-cü ayəsinə. Allah Müqəddəs Qurani-Kərimin surə və ayələrinin nömrələnməsində Öz əzəli elmini çox sadə şəkildə bizlərə çatdırmışdır. Lakin biz bu Müqəddəs kitabımız olan Qurana biganə qalmaqla, əslində özümüzə biganə olduq. Başımıza gələn müsibətlər məhz bizim öz əməllərimizdir ki, Allah əməllərimizin qarşılığı olaraq bizə qaytarır. Hər bir insan öz əməlinin girovudur. Müsəlman dünyasının nicatı Türk dünyasının birliyi nəticəsində İnşallah ki, olacaq!
"Bu (Quran) insanlar üçün elə bir möizədir ki, onunla həm qorxsunlar, həmdə Allahın tək bir Tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”.


 

 İlahiyyatçı Hacı XALİD
   Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300