sitename

            Şəhid anası: "Oğlumun köynəyinə "Səni görüm şəhid olasan” yazmışdılar" - VİDEO

 

2016-cı il Aprel döyüşlərində övladını Vətən uğrunda itirənlərdən biri də Bayramovlar ailəsidir.

Şəhid Şulan Bayramov 1996-cı ilin iyulun 28-də Sumqayıt şəhərində anadan olub. Orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub. Lakin o, təhsilini donduraraq hərbi xidmətə gedib.

Ailədə iki qardaş olublar. Şulan hərbi xidmətini başa vurduğu zaman qardaşı dördayın əsgəri olub.

Şəhidin anası Türkanə BayramovaOxu.Az-a müsahibəsində deyibki, 18 il əziyyətlə böyütdüyü oğlunun üzünə, qoxusuna həsrət qalıb:

"Şulan əsgər gedən gün bir kəlmə dedi ki, anam mənim yanıma gəlməsin. O sözdən sonra 1 il 6 ay mən bir dəfə də olsun oğlumu görmədim. Bütün valideynlər uşaqlarının andiçmə mərasiminə qatıldı. Şulan mənə icazə vermədi.

İnanırsınız, bu müddət ərzində hələ də mən qapı döyüləcək, Şulan gələcək deyə gözləyirəm. Üçildir həsrətim, ürəyimin yanğısı keçmir”.

 

Şəhid Şulan Bayramovun hekayəsində hər kəsi dəhşətə gətirən bir məqam var. Anası deyir ki, sinif yoldaşlarından biri oğlunun məzun köynəyinin üzərinə "Səni şəhid olasan!” yazıb:

 

"Məzun günü evə gəldi. Köynəyinə baxanda gördüm ki, yazıblar, "Səni görüm şəhid olasan”. Anayam, ürəyim dağlandı, ağladım. Soruşdum, bunu kim yazıb, niyə yazıb? Dedi, dostuyazıb. Şulan əsgər gedəcəyini biləndə evdə bütün paltarlarını, əşyalarını yığıb dost-tanışlarına hədiyyə etmişdi.

 

Elə bil hiss edirdi ki, daha geri qayıtmayacaq. Mənə gözdağı olacaq heç nə saxlamadı. Şulan çox dəliqanlı, kişi qeyrətli oğlan idi. Ailəcanlı, istiqanlı oğul idi.Aprelin 3-ü oğlum təxris olunub evinə gəlməli idi. Onun yolunu necə həsrətlə gözləyirdim, amma özü yox, buz kimi soyuq bədənini gətirdilər”.

 

Oxu.Az və Baku TV-nin şəhid Şulan Bayramov haqqında hazırladığı süjeti təqdim edirik:


 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300