sitename

         Burkina-Fasoda silahlı münaqişə nəticəsində 62 nəfər öldürülüb

 

Burkina-Fasonun şimalında qəbilələr arasında silahlı münaqişə nəticəsində 62 nəfər öldürülüb.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu ölkənin daxili işlər naziri Simeon Savadoqo Mali ilə sərhəddə yerləşən Arbinda qəsəbəsində qəbilələr arasında silahlı münaqişədə 62 nəfərin öldürüldüyünü bildirib. Daha 9 nəfər silahlılar tərəfindən girov götürülüb.

Burkina-Fasoda silahlı münaqişə qəbilələrdən birinin dini lideri, onun oğlu və qardaşının qətlə yetirilməsindən sonra qızışıb. Nazir əlavə edib ki, 2015-ci ildən bəri bu ölkədə terror hücumlarının sayə artmaqda davam edir. Belə ki, ötən il dekabrın 27-də ölkənin Sourou ştatında terrorçuların hücumu nəticəsində 10 jandarm qətlə yetirilib.

Həmin insidentdən sonra ölkənin 13 inzibati vahidində fövqəladə vəziyyət elan olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300