sitename

            Masallı icra hakimiyyəti şəhid anasını MƏHKƏMƏYƏ VERİR

 

Masallı rayon İcra Hakmiyyəti şəhid anasını məhkəməyə verir.

 

Unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, həmin müsahibəsi ölkə mətbuatında yayımlanandan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ona zəng edərək, şəhid ailəsini hədələyib:

 

"Dünən başçının müavini zəng etdi. Qışqıra-qışqıra mənə dedi ki, saytı da sizi də məhkəməyə verəcəyik. Mən də dedim ki, əlimdə fakt var ki, keçən il oğlumun ildönümündə müğənni Damla Masallı rayonunda ASAN Xidmətin yaxınlığında konsert verdi. Mən özüm də Damlanın sosial şəbəkədəki paylaşımına da yazmışam ki, "bir tərəfdə aprel şəhidinin ildönümüdür, bir tərəfdə də siz konsert verirsiniz, şəhid anasının ahı tutsun sizi". Bunu Damlanın səhifəsində də görə bilərsiniz.

 

Həmin zəng olunanda yanımda başqa şəhid anası da var idi. O da Aybəniz Qafarovanın kobud danışığını eşitdi. Qaldırdığımız problemlər qalıb kənarda, məni ittiham edib, hədələyirlər".

 

Daha sonra digər aprel şəhidi Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva da Unikal.org-a sözügedən məsələ ilə bağlı açıqlama verərək Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarovanın Ziba Əsgərovaya zəng edib, təhdid etdiyini təsdiqləyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300