sitename

          Zakir Həsənov:"Hər an döyüşlərə başlaya bilərik”

 

"Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir”.

"Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur: "Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.

Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistanın bütün ordusu ilə Azərbaycan Ordusunun yalnız 20 faizi döyüşüb: "Mən tez-tez ön xətdə hərbçilərlə görüşür və onların problemlərini, müraciətlərini dinləyirəm. Biz hər üç aydan bir "Açıq qapı” günü elan edirik və valideynlər öz əsgər övladları ilə görüşür, onların hərbi hissələrdəki vəziyyəti ilə tanış olurlar. Biz heç nəyi gizlətmirik. Bəzən yalan informasiyalar yayırlar ki, guya hərbi hissələrdə əsgərlər çətin şəraitdə yaşayırlar. Mən bu yalanları yayanlara demək istəyirəm ki, yalanın ömrü qısa olur. Çünki valideynlər övladlarının necə şəraitdə yaşadığını görür və onları aldada bilməzsiniz. Azərbaycan dövləti ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün çox böyük vəsaitlər sərf edir. Bu da Azərbaycanın güclü iqtisadiyyatından asılıdır”.

"Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”,- müdafiə naziri əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300