sitename

               Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO

Salyanda daşqın fəlakətinin olması an məsələsidir.

Bu barədə AzEuroNews.com-a məlumat verən sakinlərin sözlərinə görə, Babazanlı yaşayış mərkəzində torpaq sürüşmələri və su sızmalar əleyhinə tikilən bəndlər sovet dövründən qaldığından uçulub.

Artıq burada tez-tez torpaq sürüşmələri və su sızmaları baş verir. Təkcə 2016-ci ildə istifadəyə verilən və Babazanlı ilə rayon mərkəzini birləşdirən körpü ətrafında Kür çayında su axının təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Agentliyi tərəfindən uzunluqları sağ sahildə108+108 =216 metr, sol sahildə isə70+72=142 metrolan qazma-doldurma svay əsaslı monolit beton istinad divarları tikilib. Həmin divarlar bu gün də salamatdır.

Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO

 

Problem isə, sovet dövründən qalan və ötən illərdə bir dəfə də təmir olunmayan beton bəndlərdir ki, onlar da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansındadır. Bu quruma 2006-cı ildən Əhməd Əhmədzadə rəhbərlik edir. Təkcə ötən ilin mart ayında bu quruma 21 milyon manat dövlət vəsaiti ayrılıb.

Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO

 

Qurumun 2018-ci ildə gördüyü işlə bağlı saytında verdiyi məlumatda qeyd olunur ki, Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib.Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib.

Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO

 

Əhməd Əhmədzadə

Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib.Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən dövlətbüdcəsindən, Dövlət Neft Fondundan vəDünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.

Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO

 

Sakinlər deyir ki, hazırda təhlükəli vəziyətlə bağlı dəfələrlə Salyan Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və eləcə də, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etsələr də, konkret bir addım atılmayıb.

Hazırda bu ərazidə reallıq nədən ibarətdir? Gəlin birlikdə baxaq:

 

ULUYOL.AZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300