sitename

            İspaniya portalı Ermənistanın Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmindən yazır

 

2019-cu ilin 18 fevral tarixində mərkəzi Nyu-York şəhərində olan "Hyperallergic” internet portalında dərc edilmiş "Azərbaycan erməni mədəniyyətini məhv edir” başlıqlı məqaləyə cavab olaraq, İspaniyanın "Diario Siglo XXI” elektron portalında jurnalist Peter Tase tərəfindən Ermənistan tərəfindən həyata keçirilən ölkəmizin tarixi və dini abidələrinə qarşı vandalizmindən bəhs edən "Azərbaycana qarşı erməni faşizminin təbliğatı” başlıqlı məqalə dərc edilib.

Uluyol.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə yüksək sürətlə inkişaf edən Azərbaycan Respublikasının mədəni və dini abidələrin qorunmasına xüsusi diqqət ayırdığı, o cümlədən Bakı şəhərinin mərkəzində erməni kilsəsinin, habelə həmin kilsənin 5500 kitabdan ibarət kitabxanasının qorunub-saxlandığı qeyd edilir.

Məqalədə həmçinin Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyi, işğal edilmiş ərazilərdə yerləşən bütün tarixi, memarlıq və dini abidələrin dağıdıldığı, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından didərgin salındığı vurğulanır. Ermənistanın öz ərazisini Azərbaycan torpaqları hesabına genişləndirməsi siyasətinin regionda sülh və tərəqqiyə təhlükə yaratdığı bildirilir.

Ermənistanın öz təcavüzkar siyasəti nəticəsində ağır iqtisadi-sosial şəraitlə üzləşdiyi, digər tərəfdən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Avropa və dünyada sülh və tərəqqinin müdafiəsinə yönəlmiş xarici siyasət xətti yürütməsi fonunda ölkənin gündən-günə siyasi və iqtisadi cəhətdən çiçəkləndiyi qeyd olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300