sitename

                   Ərdoğan Binəli Yıldırıma yeni VƏZİFƏ VERƏCƏK

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində uduzan Binəli Yıldırıma yeni vəzifə verəcək.

Ərdoğan sabiq baş nazirə prezident köməkçisi səlahiyyətlərini etibar edəcək.

Bu barədə "Cümhuriyyət” qəzeti informasiya yayıb. Xəbərə görə, Ərdoğan 31 mart bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası namizədlərinin, xüsusilə, İstanbul və Ankarada üstünlüyü əldən verməsi ilə bağlı partiydaxili araşdırma başladıb. Araşdırma nəticələndikdən sonra partiyanın idarəetməsində bir sıra islahatlar aparılacaq.

Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinə yenidən sədrlik etmək məsələsi çətin olduğundan, ona prezident aparatında yeni səlahiyyətlər verilməsi gündəmdədir.

Qeyd edək ki, Binəli Yıldırım İstanbul bələdiyyəsinə sədrlik etmək üçün namizədliyini irəli sürmüşdü. Lakin o, mübarizədə kiçik fərqlə Əkrəm İmamoğluna uduzmuşdu./publika.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300