sitename

            Türkiyə: partiyalara neçə bələdiyyə başçısı düşüb?

 

Novator.az Türkiyənin siyasi partiyalarının 31 mart seçkisində neçə bələdiyyə başçısı postu qazanmasına nəzər salıb.

İlkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 15 böyük şəhərdə, 24 şəhər, 511 rayonda bələdiyyə başçısı postuna sahib çıxıb.

Seçkilərə hakim partiya ilə birgə Xalq ittifaqında qoşulan Milliyyətçi Hərəkat Partiyası 1 böyük şəhərdə, 10 şəhərdə, 135 rayonda qələbə əldə edib.

Müxalif Cümhuriyyət Xalq Partiyası 11 böyük şəhərdə, 10 şəhərdə, 181 rayonda bələdiyyə başçısı kürsüsü qazanıb.

Millət ittifaqında Cümhuriyyət Xalq Partiyasının müttəfiqi olan Yaxşı Partiyanın 19 rayonda qələbəsi var.

Kürdlərin çoxluq təşkil etdiyi Xalqların Demokratik Partiyası 3 böyük şəhərdə, 5 şəhərdə, 45 rayonda bələdiyyə başçısı vəzifəsini götürüb.

Türkiyə Kommunist Partiyası 1 şəhərdə zəfər çalıb.

Səadət Partiyası 9, Böyük Birlik Partiyası 5, Demokratik Sol Partiya 3, Demokrat Partiyası 2 rayonda qalib gəlib.

1 şəhərdə və 12 rayonda bələdiyyə başçısı kürsüsü müstəqil namizədlərə qismət olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300