sitename

         Aprel şəhidinə həsr olunmuş film təqdim olundu: "Mən səninləyəm, Ana Vətən”

 

Aprelin 2-də Nizami Kino Mərkəzində şəhid Əbdülməcid Axundovun həyatından bəhs edən "Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimatı keçirilib.

Musavat.com-un verdiyi xəbərə görə, Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılara həm də Aprel şəhidlərinə həsr olunmuş fotostend təqdim olunub. Şəhid Əbdülməcid Axundov üçün yaradılan guşədə isə onun şəxsi əşyaları, fotoları, aldığı diplom və medal yer alıb.

Təqdimat mərasimdə millət vəkili Qənirə Paşayeva, şəhid ailələri, sadə vətəndaşlar və media nümayəndələri iştirak ediblər. Öncə vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra filmin ideya müəllifi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək bildirib ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından, qanından və sağlamlığından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir.Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb:" Bu sevinci bizə yaşadan qəhrəman Vətən övladlarından biri də Aprel döyüşlərində şəhid olan manqa komandiri Əbdülməcid Axundovdur. Gənclər üçün əsl qəhrəman və vətənpərvərlik nümunəsi olan Əbdülməcidin Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, belə oğullarla bağlı gənc nəslə məlumat vermək lazımdır".

Çıxışların ardından"Mən səninləyəm, Ana Vətən”bədii-sənədli film nümayiş olunub.

Filmin prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallı və başqaları çıxışlarında bu ekran əsəri haqqında öz təəssüratlarını bölüşüblər.

Sonda şəhidin anası Ceyran Axundova da çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbir iştirakçılarına təşəkkürlərini bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300