sitename

       Məbəs bayramınız mübarək! - Məbəs gecəsinin və gününün əməlləri

 

 

Məbəs gecəsi mübarək gecələrdən biridir ki, onun özünəməxsus əməlləri vardır. İmam Cavad (ə) buyurur:"Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur saçdığı hər şeydən daha yaxşıdır. Həmin gecə Rəcəb ayının 27-ci gecəsidir ki, onun səhərində Peyğəmbər (s) məbus olmuşdur. Bizim davamçılarımızdan hər kim bu gecənin əməllərini yerinə yetirsə, 60 il əməlin əcrini aparar”. Soruşurlar ki, bu əməllər hansılardır?

 

 

Buyurur: "İşa namazından sonra gecə yarısından əvvəl ayağa qalx, 12 rükətli namaz qıl ki, 2-rükətli altı namaz olur. (Hər bir rükətdə "Həmddən” sonra qısa və ya geniş surələrdən oxumaq). Hər iki rükətin salamından sonra "Həmd” surəsini 7 dəfə, "Nas” və "Fələq” surələri 7 dəfə, "Tövhid” və "Kafirun” surələrini 7 dəfə, "Qədr” və "Ayətül-kürsü”nü 7 dəfə oxu və bundan sonra bu duanı oxu.

 

 

 

اَلْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَ لَمْ یَكُنْ لَهُ شَریكٌ فى الْمُلْكِ وَ لَمْ یَكُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبیراً

 

اَللّهُمَّ اِنّى اَسئَلُكَ بِمَعاقِدِ عِزِّكَ عَلَى اَرْكانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَ

 

 

بِاسْمِكَ الاْعْظَمِ الاْعْظَمِ الاْعْظَمِ وَ ذِكْرِكَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَ بِكَلِماتِكَ التّامّاتِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ آلِهِ وَ اَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ.

 

 

Bundan sonra Allaha dua et”.

 

- Bu gecədə qüsl almaq müstəhəb əməllərdəndir.

- Bu gecənin ən fəzilətli əməli isə Həzrət Əmirəl-möminini (ə) ziyarət etməkdir.

 

Məbəs gününün əməlləri.

Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, onu risaləti ilə müjdələmişdi. Bu günün bəzi əməlləri vardır ki, onlara işarə edək:

 

1. Qüsl.

 

2. Oruc tutmaq. Bu günün orucu 70 ilin orucuna bərabərdir.

 

3. Çoxlu salavat göndərmək.

 

4. Həzrət Peyğəmbəri (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.

 

5. Şeyx Misbah İmam Cavaddan (ə) nəql edir ki, Həzrət (ə) Bağdadda olan zaman Rəcəb ayının on beşində və iyirmi yeddisində oruc tutardı. Onun bütün səhabələri də oruc tutardılar. Bizə əmr etmişdi ki, on iki rükət namaz qılaq. Namaz bitəndən sonra isə "Həmd”, "Tövhid”, "Nas” və "Fələq” surələri 4 dəfə, həmçinin bu duaların hər biri 4 dəfə oxunmalıdır:

 

لا اِلهَ اِلا اللهُواللهُ اَكْبَرُ وَ سُبْحانَ اللهِوَالْحَمْدُلِلّهِ وَلا حَوْلَ وَلا

قُوَّةَاِلاّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ"

/اللهُاللهُ رَبِّى لا اُشْرِكُبِهِ شَیْئا/

/لااُشْرِكُ بِرَبِّى اَحَدا/

 

Sonra isə hacətini istəmək.(Tebyan)

 

/Deyerler.org/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300