sitename

          Pakistanla Hindistan arasında DÖYÜŞ BAŞLADI -7 ölü, 23 yaralı

 

Pakistanla Hindistan sərhədində yerləşən Kəşmir Nəzarət Xəttində yenidən gərginlik yaranıb.

 İki ölkənin hərbi qüvvələri arasında yaşanan atışma zamanı 7 nəfər ölüb.

Hadisə ilə bağlı Pakistan ordusu tərəfindən açıqlama verilib.

Bildirilib ki, Hindistan əsgərlərinin Kəşmir Nəzarət Xəttinin Pakistana aid hissəsindəki hərbi mövqeləri hədəf alması nəticəsində 3 əsgər həlak olub.

Hindistan ordusu isə qarşı tərəfi atəşkəsi pozmaq və Hindistan tərəfdəki Punç bölgəsini hədəf almaqda günahlandırıb.

Hindistanın ədliyyə məmuru M.K. Sinha verdiyi açıqlamada insident nəticəsində 1 hind əsgəri ilə 1 qadın və 1 azyaşlı qızın öldüyünü, 18 dinc sakin və 5 əsgərin yaralandığını deyib.

Kəşmir problemi

İngiltərə 1947-ci ildə Hindistandan geri çəkilərkən krallıq şəklində idarə olunan Kəşmirin bu iki ölkədən birinə birləəşməkdə sərbəst olduğunu açıqlayıb. Əhalisinin 90%-i müsəlman olan Kəşmir Pakistana qatılmaq istəsə də, dövrün şahzadəsi Hindistana tabe olmağı üstünü tutub. Qərara xalq qarşı çıxıb. Hər iki ölkə bölgəyə hərbi qüvvələrini yeridib. Beləliklə, müharibə başlayıb. İki ölkə arasında eyni səbəbdən1965 və 1999-cu illərdə də müharibə baş verib.

Hazırda Kəşmirin 45%-i Hindistanın, 35%-i Pakistanın nəzarətindədir. 20%-nə isə Çin baxır.

Hindistan ilə Pakistan arasında son gərginlik bu ilin 14 fevral tarixində baş qaldırmışdı. Kəşmirin Hindistana aid hissəsində polis təşkilatına bağlı qüvvələrə qarşı təşkil edilən bombalı hücumda 44 nəfər ölmüşdü.//publika.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300