sitename

       İrana gedənlərin sayında ikiqat artım - səbəb nədir?

 

Cənub qonşu ilə ticarətin həcmində də iki dəfədən yuxarı artım var

Bu günlərdə Mərkəzi Bank 2018-ci ilin ödəmələr balansı ilə bağlı statistikanı açıqlayıb.

İqtisadçı-ekspert Rövşən Ağayevin bildirdiyinə görə, statistikadan aydın olur ki, 2017-ci ilə nisbətən 2018-ci ildə Azərbaycanın turizmdən əldə etdiyi gəlirləri 375 milyon dollar (13 faizə yaxın) azalıb. Azərbaycan vətəndaşları da xaricdə turist kimi 400 milyon dollara yaxın (14.5 faiz) az vəsait xərcləyiblər.

Maraqlıdır ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ildə Azərbaycana xaricdən gələnlərin sayında artım baş verib. Belə ki, ötən il ölkəmizə dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,9 faizi Rusiya Federasiyası, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Rəsmi statistika ötən il həmçinin Azərbaycandan xaricə gedənlərin sayında da artım olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 4908,1 min nəfər olub. Ölkə vətəndaşlarının 33,6 faizi İrana, 29,2 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib.

2018-ci ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz artıb.

iqtisadçı-ekspert Rövà ŸÉ™n Ağayev ile ilgili görsel sonucu

 

R.Ağayev qeyd edir ki, bu ilin 2 ayının nəticələrinə görə xaricə turist kimi gedən vətəndaşlarımızın sayı 26 faizə yaxın artıb: "Son illər belə göstərici qeydə alınmayıb. Məsələn, 2018-ci ilin ilk 2 ayında ölkədən xaricə turist axını 3.6 faiz azalmışdı.

Amma 2019-cu ilin yanvar-fevral aylarında ölkəyə gələn xarici turistlərin artımı xeyli aşağı olub - 3 faiz. Halbuki ötən il xeyli yüksək olmuşdu - 12 faiz. Ötən il xaricə gedən turist sayı gələn turist sayından 70 faiz çox olmuşdu, bu il həmin fərq 2 dəfəni aşıb.

Gedənlərin sayının kəskin artımı ilə bağlı versiya bu ola bilərdi ki, "görürsünüz, ölkədə iqtisadi fəallıq sürətlə artır, insanlar 2-3 illk böhrandan sonra daha çox qazanmağa və xaricdə daha çox istirahət etməyə imkanı qazanıb”. Amma kənar turist axınının marşrutu bu versiyanın gerçəklik payını xeyli düşürür. Çünki bizim vətəndaşlarımız istirahət üçün əsasən Türkiyə və Gürcüstana, qismən isə Rusiya və Avropaya üstünlük verir. İranın seçimində isə adətən 3 motiv üstünlük təşkil edir: səhiyyə xidmətləri almaq, xırda ticarət məqsədilə ucuz məhsulların idxalı və ziyarət. 2019-cu ilin 2 ayındakı ölkə xaricinə kəskin turist axınının başlıca marşrutu İran olub. Həmin dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80 faiz, Rusiyaya gedənlərin sayı 7.3 faiz, Gürcüstana gedənlərin sayı 7,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,9 faiz artıb.

Ötən il marşrut seçimində birinci yer Gürcüstana, bu il isə İrana məxsus olub. Bu il İrana gedənlərin sayı 267 min nəfər, 2018-də isə 151 min nəfər təşkil edib. Göründüyü kimi, bütün ölkə üzrə xaricə turist axını 150 min nəfərə yaxın artıb ki, bu artımın da təxminən 115 min nəfəri İran marşrutunun payına düşür".

Ekspertin də vurğuladığı kimi, ötən il və bu ilin ilk 2 ayında Azərbaycandan İrana gedənlərin sayında kəskin artım qeydə alınıb. Bu isə daha çox İranda milli valyutanın ABŞ sanksiyalarının təsiri ilə sürətlə dəyərsizləşməsi ilə bağlıdır. Sanksiyalar üzündən İran öz məhsullarını xaricə ixrac edə bilmir. İran valyutasının dəyərsizləşməsi azərbaycanlılar üçün əlverişli bazar formalaşdırır. Düzdür, ötən ilin yayından Tehran rejimi ərzaq məhsullarının ixracını ciddi şəkildə məhdudlaşdırıb. Ötən həftə isə kartof və soğanın ixracına tam məhdudiyyət tətbiq olunub. Bu üzdən İrandan ərzaq məhsullarının idxalı azalsa da, digər məhsulların idxalında ciddi artım müşahidə olunmaqdadır.

Dövlət Statistika Komitəsinin məlumatından da aydın olur ki, ötən il İrandan idxal 2017-ci ilə nisbətən kəskin şəkildə artıb. Belə ki, əgər 2017-ci ildə idxalın həcmi 240 milyon 273.5 min dollar təşkil edibsə, ötən il bu göstərici 414 milyon 801,03 min dollara yüksəlib.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən bu ilin 2 ayında da İrandan idxalda kəskin artım baş verib: 2018-ci ilin eyni dövründə 4 milyon 225,92 min dollar təşkil edən idxal, bu ilin 2 ayında 9 milyon 975,91 min dollara qədər artıb. Yəni artım 2 dəfədən də çoxdur.

DÜNYA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300