sitename

            Nazarbayev prezidentlikdən nəyə görə getdiyini açıqladı

 

"İnanıram ki, Qazaxıstanın yeni rəhbəri Qasım Jomart Tokayev mənim gözləntilərimi doğruldacaq."

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev bunu Alma-Ata viləyətindəki doğma Şamalqan kəndində sakinlərlə görüşdə deyib.

"Bilirsiniz ki, bir müddət əvvəl mən digər işə keçmək və prezidentliyi təhvil vermək qərarı qəbul etdim. Ona görə ki, hər nəslin öz dövrü, özünün görməli olduğu iş var. Mən ölkə rəhbərliyində ən yüksək vəzifəyə gəldim, nələrin olduğunu gördüm və qərara gəldim ki, strateji problemlərə diqqət ayırım. İnanıram ki, mənim yerimə prezident olan cənab Tokayev gözləntilərimi doğruldacaq”, – deyə o bildirib.

Xatırladaq ki, N.Nazarbayev martın 20-də Qazaxıstan prezidenti səlahiyyətlərini təhvil verib. Dövlət başçısı postuna isə o vaxta qədər ölkə parlamenti Senatının (yuxarı palata) sədri vəzifəsində çalışan Kasım-Jomart Tokayev gətirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300