sitename

          Azərbaycanda kino istehsalı rentabelli biznesə çevrilib (ARAŞDIRMA)

Azərbaycanda son illər kino istehsalı sahəsi rentabelli biznesə çevrilib. Bu səbəbdən ölkədə kino çəkilişi ilə məşğul olan müstəqil prodakşn və studiyaların sayı son illər xeyli artıb. "Report" hazırda film istehsalı sahəsində mövcud vəziyyəti araşdırıb.

 

Aktyor, prodüser Məcid Hüseynov "Report”a açıqlamasında bildirib ki, son 5 ildə film sahəsində inkişaf var: "Filmlərin 95 faizi yumoristik üslubdadır. Film sahəsində inkişaf başlayanda kütləvi şəkildə film çəkilişlərinə başladıldı. Burada məqsəd isə məhz qazanc əldə etmək idi. Amma təəssüflər olsun ki, film çəkilişlərinə başlayanların əksəriyyəti kinodan xəbərsizlər idi. Amma bu gün həmin şəxslər kənara çəkilib. Filmi bacaran adam çəkməlidir. Film çəkilişləri zamanı maddi sıxıntılar olursa, bütün çətinliklərlə üzləşmək mümkündür. Bu gün sponsorların da film sahəsində maraqları artıb. Müqayisə üçün deyim ki, əvvəllər maraq göstərən sponsorların 5-10 idisə, bu gün bu rəqəm 100-ə çatır. Amma sponsorlar daha çox məhsullarından film çəkilişləri zamanı istifadə olunmasını tələb edirlər. Bu da filmin sujet xəttindən aslıdır. Yəni, filmin sujet xəttinə uyğun olaraq məhsullar şüuraltı, izləyicini bezdirmədən reklam olunur”.


 

 

Prodüser Məcid Hüseynov

 

M.Hüseynov vurğulayıb ki, film çəkilişlərinə sponsorların cəlb olunması üçün sosial şəbəkələr elə də önəm daşımır. Onun sözlərinə görə, sponsorların marağında olan filmin qala gecəsində təqdim olunmasıdır: "Sponsorların istəyi təkcə budur. Filmin uğurlu olması isə ssenaridən aslıdır. Uğurlu ssenari filmdəki nöqsanları kölgədə qoyur. Bu həm də film çəkilişlərinə sponsor cəlb etmək istiqamətində mühüm rol oynayır. Ssenaridə filmin sujet xətti olmalıdır. Yəni filmin əvvəli, ortası və sonu mütləq olmalıdır. Elə filmlər var ki, filmin harda başlayıb harada bitdiyi məlum deyil. Hesab edirəm ki, bu, mövzu qıtlığındam irəli gəlir. Film çəkilişlərini həyata keçirən gənclərə tövsiyə edirəm ki, işlərinə məsuliyyətli yanaşsınlar. Bundan əlavə, işlədiyi aktyorlar və kollektiv seçimi də uğurlu olmalıdır. Bu gün gənc aktyor tərəfindən ərsəyə gələn vaynların baxış sayına baxdıqca tələbatın çox olduğunu müşahidə edirik. Əgər izləyici sayı üstünlük təşkil edirsə, deməli ortaya qoyulan iş keyfiyyətlidir”.

 

Gənc aktyor Elsəvər Mehdizadə isə "Report”a deyib ki, bu gün Azərbaycanda film sahəsində inkişafı görməmək mümkün deyil: "Əvvəlki illərə nisbətən müasir dövrdə qonorarda artım var. Bu da kommersiya filmlərinin sürətlə inkişafından aslıdır. 5 il bundan öncə ölkədə demək olar ki, kommersiya filmlərinin çəkilişi yada düşmürdü. Amma bu gün bu çəkilişlər davam edir. Əgər kinoteatr şəbəkələri rəqabəti kənara qoyub bir-biri ilə barışsalar, birlikdə böyük uğurlara imza atarlar. Əgər bu barışıq olarsa, qonorarda yeni artımlar olar".

 

Aktyor həmçinin qeyd edib ki, seriala çəkilməklə əldə olunan gəlir filmdən qazanılan gəlirdən çoxdur: "Ona görə də serial oyunçularının qonorarları daha yaxşı olur. Çünki il ərzində maksimum iki film lentə alına bilər”.


 

 

Aktyor Elsəvər Mehdizadə

 

E.Mehdizadə gənc aktyorlara dözümlü olmağı tövsiyə edib: "Gənc aktyorlara tövsiyə edirəm ki, dözümlü olsunlar. Ssenaristlərə isə çoxlu mütaliə etməyi və öz üzərilərində işləməyi tövsiyə edirəm”.

 

Aktyor Elməddin Cəfərov "Report”a açıqlamasında deyib ki, film çəkilişləri zaman çətinliklərlə qarşılaşmaq normaldır: "Çünki iş görən zaman çətinliklər də olar. İş olanda çətinlik də, problem də, hətta səhv də olur”.


 

 

Aktyor Elməddin Cəfərov

 

E.Cəfərov 30-40 il əvvəlki aktyorlarla müasir dövrün aktyorları arasında fərqdən danışıb. O bildirib ki, hər dövrün öz tamaşaçı auditoriyası var: "Amma bununla yanaşı əvvəlki dövrlərdə film çəkilişləri zamanı məhdudiyyətlər mövcud idi. Bu gün isə film sahəsində tam demokaratiya hökm sürür. Ümumiyyətlə, xüsusi olaraq onu da vurğulayım ki, filmdə bütün qəhrəmanların hamısı problemlidir. 30-40 il əvvəl kino sahəsində öz sözünü demiş Azərbaycan aktyorlarının hamısından biraz istedad qoparmışam. Yəni, konkret olaraq təqlid etdiyim aktyor olmasa da, onlardan yığılan istedadlar hesabına bir Elməddin formalaşıb. Yəni öyrənə-öyrənə bu yerə gəlib çatmışam”.

 

Elməddin Cəfərov gənc aktyorlara səslənərək deyib ki, səhvdən qorxmasınlar: "İnsan səhv edərək düzəlir. Çünki iş olan yerdə səhvin olması qaçılmazdır”, deyə aktyorlara tövsiyə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300