sitename

        Yumurtanın qiyməti 6 qəpiyə düşdü: Şok ucuzlaşmanın səbəbləri... - FOTOLAR

 

İş adamı: "Yumurta hazırda çox ucuz qiymətə, demək olar ki, maya dəyərinə satılır”

Yumurtanın qiyməti kəskin ucuzlaşıb. Bir müddət öncə 15-18 qəpiyə satılan fabrik yumurtası 6 qəpiyə enib, demək olar ki, 2,5- 3 dəfə ucuzlaşıb. Məlum olduğu kimi, yumurta Azərbaycanda ərzaq səbətində yer alan strateji məhsuldur və zaman-zaman bu məhsulun qiymətinin ucuzlaşması ilə bağlı dövlət rəhbərliyi səviyyəsində çağırışlar olub. Hazırda isə qiymət gözlənilən həddən də ucuzdur.

Musavat.com-un müxbiri marketlərə qiymətlərin müqayisəsini aparıb. Hazırda marketlərdə ağ "Giləzi” fabrik yumurtası 6-7 qəpiyə satılır, kənd yumurtası adı ilə satılan qırmızı "Giləzi” yumurtası isə 8 qəpiyə təklif edilir. Yumurtanın bu cür ucuzlaşması istehlakçıları sevindirməklə yanaşı , bunu səbəbi ilə bağlı suallar da yaradıb.

Yumurtanın ucuzlaşması ilə bağlı ilk səbəb kimi istehsalın artması ağla gəlir. Dövlət Statistika Komitəsinin rəsmi saytında yer alan məlumata görə, 2019-cu ilin yanvar və fevral aylarında 283 milyon ədəd yumurta istehsal edilib. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yumurta istehsalı 0,4 faiz artım deməkdir. Ancaq 0,4 faizlik artım qiymətin 3 dəfə ucuzlaşmasını əsaslandırmaq üçün yetərli deyil.

Digər bir səbəb kimi, bayramdan sonra tələbatın kəskin azalması göstərilir. Bundan başqa, Azərbaycandan yumurta ixracının azalması da versiyalar arasındadır. Belə ki, ölkəmizin ən çox yumurta ixrac etdiyi ölkə İrandır. Ötən il bu ölkədə quşçuluq sahəsində yaranan problem Azərbaycandan ixracın artmasına səbəb olmuşdu.

Belə ki, statistikaya görə, ötən il Azərbaycan xaricə 44 milyon 33 mindən çox təzə yumurta ixrac edib, nəticədə ölkəyə 2 milyon 495 min dollar vəsait daxil olub. Bu ilin ilk 3 ayının statistikası isə hələ açıqlanmayıb. Görünən odur ki, ixracda, xüsusən İrana ixrac edilən yumurtanın həcmində müəyyən azalmalar baş verib və daxili bazarda yaranan bolluq da yumurtanın ucuzlaşmasına gətirib çıxarıb.

Quşçuluq təsərrüfatı ilə məğul olan iş adamı Mürvət Həsənli Musavat.com-a açıqlamasında bildirdi ki, əsas faktor Novruz bayramından sonra tələbin azalması və yerli yumurta istehsalçılarının bazara daha çox məhsul çıxartmasıdır:"Biz ötən ilin payız aylarında bir yumurta krizisi yaşadıq. Həmin vaxt qoyulan ana sürüləri bu gün artıq yumurta verməyə başlayıblar, bu baxımdan istehsal artıb”.

İş adamının sözlərinə görə, istehsalın artması yumurta ixracının da artması ilə nəticələnə bilər:"Sevindirici haldır ki, biz hazırda İrana, İraqa, Qətərə hazırda yemək üçün yumurta satırıq. Yumurta istehsalının artması və qiymətin ucuzlaşması həmin ölkələrə yumurta ixracını da artıracaq. Bu da bazarın yenidən tənzimlənməsinə gətirib çıxaracaq. Yumurta hazırda çox ucuz qiymətə, demək olar ki, maya dəyərinə satılır. Ucuzlaşmanın digər bir səbəbi də İrana ixracın azalmasıdır. Belə ki, İranda da ötən il qoyulan ana sürülər artıq yumurta verməyə başlayıblar, özlərində istehsal artıb. Artıq əvvəlki qədər İrana yumurta ixrac edə bilməyəcəyik. Bir İraqla, Qətər qalır, ona uyğun da yeni istehsal sürüləri nəzərdə tutulub. Bundan başqa, Sabirabadda da yeni quşçuluq fabriki açıldı, dövlət başçısı da orada iştirak etdi. Artıq bu fabrikdəki sürülər də yumurta verməyə başlayıb. Bu baxımdan da istehsal artıb”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300