sitename

              QEYRƏT

Mərhəmətli və rəhimli Allahın adı ilə!

 

Qeyrət sözü, mənşəcə "qeyr” sözündəndir. Qeyrət anlamının yaranmasında üç ünsür əsas rol oynayır:

1-Mahiyyət tanıma; insan öz həqiqətini və mahiyyətini tanimalı, hədd-hüdudunu bilməli və özünükəşf etməlidir.

2- Başqaları (qeyr) onun sərhədinə təcavüz etməsinə əsla yol verməməlidir.

3- İnsan özü də digər (qeyr) insanların bütün haqlarına ehtiramla yanaşmalı və təcavüzkar olmamalıdır.

İnsan qeyr-dən uzaq olmazsa qeyrətli sayıla bilməz.

İnsanların böyük əksəriyyəti qeyrət anlamını məhz ikinci ünsürdə görür. Öz sərhədini aşan hər kəsə qarşı öncədən yaxud daha sonra müəyyən tədbirlər görür. Lakin həmin şəxs digər insanların hüququnu asanlıqla tapdalayır! Halbuki, ikinci və üçüncü ünsürün dərk edilməsi, ilk ünsürü dərk etmədən mümkünsüzdür. Yəni insan özünü, hüquqlarını, sərhədini tanımalıdır ki, o sərhəddən aşanda qeyrətsiz olduğunu anlasın. Deməli öz daxili və xarici kimliyini və onun müəyyən çərçivələrini tanımayan şəxsə "Qeyrətli ol” sözünü belə demək olmaz. Çünki, o, qeyrətli olmaq üçüb sərhəd tanımalıdır.

Həzrət Əli (ə) buyurur: مَا زَنَى‏ غَيُورٌقَط "Heç qeyrətli şəxs zina etmədi” (Nəhcül-bəlağə, 305-ci hikmət) Bu hədisə diqqət etsək görərik ki, həzrət Əli (ə) üçüncü ünsürə yiyələnməyən insanları qeyrətli insan hesab etmir.

Qeyrət məhz namus məsələlərində deyil. İnsan hər işində qeyrətli olmalıdır. Məsələn ibadət edərkən Allahdan qeyrisini nəzərə alarsa şirk və böyük günahlardandır. Qurani-kərim Nisa surəsinin 48-ci ayəsində buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”. Çünki, Allah-taala özü ən qeyrətli varlıqdır. Qeyrətli şəxs özgə üçün pay saxlamaz. Allaha şərik qoşmaq, əslində Allahdan başqa bir varlığı rəsmi tanımaqdır. Ona görə də Quran buyurur: "Allah ona şərik qoşmağı əsla bağışlamaz… Allaha şərik qoşan şəxs şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.” (Nisa surəsi, 116-cı ayə)

Peygəmbər (s) buyurur: Səd qeyrətlidir. Mənim qeyrətim ondan çoxdur, Allah isə məndən daha qeyrətlidir. (Mişkatul-Envar, səh 220)

İmam Sadiq (ə) buyurur: "Allah-taala qeyrətlidir və bütün qeyrətli insanları sevir. Bu üzdən əxlaqsızlıqları haram etmişdir.” (Mişkatul-Envar, səh 220) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın,… Açıq və gizlin pis işlərə yaxın düşməyin… (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! (Ənam surəsi,151-ci ayə)

İqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və digər sahələrdə də Allaha ibadət etmək kimi qeyrətlə iş görmək lazımdır. Siyasi qeyrət olmadan doğru siyasət yürütmək olmaz! Iqtisadi qeyrəti olmayan kimsə özgələrin əlinə baxmalıdır! Mədəniyyətcə qeyrətsiz olanlar isə mədəniyyətsiz qanunlarla oturub-durmalıdır! Millətini qəpik-quruşa satanlar milli qeyrəti olmayanlardır!

Qeyrət və digər insani xislətləri tanımaq üçün insan öz qəlbini təmizləməlidir. Şəffaf və tənzimləyici qəlb sahibi olan insanı heyvan (siçan) laboratoriyasında analiz edib "Qeyrətlisən” və ya "Qeyrətsizsən” diaqnozu vermək olmaz!


 

İlahiyyatçı-yazar: Şəhriyar ƏLİYEV


Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300