sitename

         ABŞ-dan Türkiyəyə F-35 qadağası

 

ABŞ senatorları və Tramp höküməti Türkiyənin Rusiyadan "S-400” zenit-raket komplekslərini almayacağını təsdiq edənə qədər F-35 qırıcılarının Ankaraya gətirilməsinə mane olacaq layihə hazırlayıb.

Publika.az xəbər verir ki, layihəni hazırlayan 4 senatordan biri Janne Şanhen bir NATO ölkəsində ABŞ qırıcıları və texnologiyalarının Rusiya üçün əlçatan olmasının ciddi qlobal təhlükə olduğunu deyib. Senatorlar NATO üzvü olan Türkiyənin həm S-400, həm də F-35 almayacağını irəli sürüb.

Senator Ceyms Lankford bildirib ki, Türkiyə önəmli bir NATO müttəfiqidir və ABŞ-ın bir sıra beynəlxalq təhlükəsizlik məsələlərində kömək etməkdə istəklidir.

"Türkiyə ilə Rusiyanın təhlükəsizlik sahəsində işbirliyi narahatvericidir”, - deyə senator vurğulayıb.

Qeyd edək ki, Türkiyə trilyon dollarlıq F-35 proqramında istehsalçı ortaqlardan biridir. Lakin ABŞ höküməti Türkiyənin S-400-ləri alacağı təqdirdə F-35-lərin bu ölkəyə çatdırılmasına mane olacaq.

Türkiyə rəsmiləri isə bu vaxta qədərki bütün açıqlamalarında Rusiya ilə S-400 razılaşmasına geriyə dönüş olmadığını deyiblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300