sitename

            Qırğız Respublikasında Rusiyanın hərbi bazası üçün icarə haqqı qaldırılıb

 

Rusiyanın Qırğız Respublikasındakı hərbi bazası barədə iki ölkə arasındakı sazişdə dəyişikliklər edilməsi haqqında protokol imzalanıb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Prezident Vladimir Putinin Qırğız Respublikasına səfəri zamanı imzalanan sənəddə icarə və bəzi təşkilati məsələlərə dair müəyyən dəyişikliklər əksini tapıb. Bununla yanaşı, tərəflər hərbi və hərbi texniki əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməklə bağlı razılığa gəliblər.

Dərc olunan protokol layihəsinə görə, Kant hərbi hava bazasının illik icarə haqqı 4,5 milyon dollardan 4,79 milyon dollaradək artırılıb.

Qeyd edək ki, paytaxt Bişkəkdən 20 kilometr şərqdə 2003-cü ildə açılan Kant hərbi hava bazasına dair Qırğız Respublikası ilə Rusiya Federasiyası arasında saziş 2012-ci ildə imzalanıb.

Kant hərbi hava bazası ilə bağlı məsələnin iki ölkə prezidentləri Sooronbek Jeyenbekov və Vladimitr Putin arasındakı danışıqlarda başlıca mövzu olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300