sitename

              Xəzər Universitetindən işdən çıxan müəllimdən yeni ittihamlar

 

Mail Yaqub hökuməti Xəzər Universiteti haqda ölçü götürməyə çağırdı; Hamlet İsaxanlı isə deyir ki...

"Bu məsələdən sonra Hamlet İsaxanlı nə mənə zəng edib, nə maraqlanıb. Hazırda işsizəm və inşallah, hər şey yaxşı olacaq. O, ən yaxşı halda deyə bilərdi ki, bizim ona bu qədər məvacib verməyə gücümüz çatır. Amma mənə böhtan atırlar, guya universitetdə əxlaqsızlıq eləmişəm.

Mən onu bu şər-böhtana görə məhkəməyə verə bilərəm, qoy sübut eləsin. Sadəcə, buna vaxtım gedəcək. Qoy açıqlasın ki, əxlaqsızlıq deyəndə nəyi nəzərdə tutur? Hansı tələbəyə qarşı nalayiq hərəkətim olub?"

Bu sözləri "Yeni Müsavat”a "Xəzər” Universitetindən müəllim vəzifəsindən istefa verən Mail Yaqub bildirdi. Adıçəkilən ali məktəbdə təhsil haqqının yüksək olmasına baxmayaraq, müəllimlərə həddən artıq az maaş verilməsini əsas gətirərək işdən gedən M.Yaqub 160 manat əmək haqqı alırmış.

Mail Yaqub ile ilgili görsel sonucu

 

M.Yaqub universitetin təsisçisi Hamlet İsaxanlının onun işdən çıxarıldığını, pis hərəkətə görə qovulduğunu deməsinə cavabında qeyd etdi ki, beləydisə nə üçün 11 il işdə saxlanılıb:"Mən özüm universitetdən istefa vermişəm. Sonra deyirlər ki, biz onu çıxarmışıq. Bu illər ərzində tələbələrimdən utanmışam deyə işdən çıxmamışam, qəpik-quruş maaşa orada işləmişəm. Onlar demək istəyir ki, tədris qrupunda guya xanım tələbələrə qarşı pis hərəkətlər eləmişəm. Sual verirəm - mən əxlaqsızamsa, 11 il niyə işdə saxlamısınız? Deyir ki, bütün bunları sənədləşdirmişik. Təbii ki, 20 dəqiqəyə əlli sənəd yazmaq olar. Məsələ gün kimi aydındır - şər-böhtan”.

M.Yaqubun sözlərinə görə, 2013-cü ilə qədər saathesabı işləyib:"Məndən də aşağı maaş alanlar var. Bu hadisədən sonra oradan iki müəllim mənə yazıb. Adlarını çəkmək istəmirəm ki, aldıqları qəpik-quruşdan da olmasınlar. Biri yazıb ki, mənə ayda 260 manat maaş verilməliydi, ancaq 120 manat verildi. Hər tələbə illik 4000-5000 manat təhsil haqqı ödəyir. Amma universitet ştatdankənar işləyən müəllimə 120-150 manat maaş verir. Orada çoxu saathesabı işləyir, sayca az müəllim ştata götürülüb. Hamlet İsaxanlı deyir ki, ayda 1500-2000 manat maaş alan müəllim var. Kimlərdir o müəllimlər? Bu qədər təhsil haqları ödənilir, milyonlar dövriyyə edir, universitetin müəllimə normal maaş verməyə pulu yoxdur? Bəs bu maliyyə hara gedir? Xəzər Universitetinin heç normal laboratoriyası yoxdur. Ümumiyyətlə, ora tədris üçün yaxşı müəllim gəlmir. 23-25 yaşda magistr səviyyədə müəllimlər işə götürülür. Demirəm ki, onların hamısı savadsızdır. Amma 7-8 müəllim maaşa görə oranı tərk eləyib. İctimaiyyət, hökumət və Təhsil Nazirliyi bu universitet barədə ölçü götürməlidir.

Təsəvvür edin, 80 tələbəmin hər biri təkcə mənim dərsimə görə universitetə 400 manat ödəyiblər. Və 32 min manat puldan 4 ay ərzində mənə cəmi 640 manat pul çatacaq. Bundan əlavə, Hamlet İsaxanlı bildirir ki, universitetin hoteli var. Amma Xəzərin yataqxanasında qalmaq üçün hər tələbədən ayda 150 manat alırlar, illik təhsil haqqına bu xidməti daxil etmirlər".

Təhsil eksperti Etibar Əliyev ile ilgili görsel sonucu

 

Təhsil eksperti Etibar Əliyev də M.Yaquba dəstək verib və facebook hesabında yazıb ki, bu universtetdə müəllimlərin böyük əksəriyyəti saathesabı çalışır:"Şəxsi qazanc gözlərini elə tutub ki, ştata müəllim götürməyi ciblərinə ziyan vurmaq kimi başa düşürlər. Universitetlərin dünya reytinqlərində ştatda olan müəllimlərin say göstəricisi də mühüm rol oynayır. Hamlet müəllim deyə bilərmi ki, qazanılan milyonlar hesabına indiyə qədər Təbiət elmləri və mühəndislik fakültəsində neçə müasir laboratoriya qurulub? Bunu biz təhsil ekspertləri və media nümayəndələrinə göstərə bilərmi? Universitetin müəllim heyəti ilə ictimaiyyəti tanış edə bilərmi?

Son illərdə universitetin 7-8 tanınmış müəllimi hansı səbəbdən universiteti tərk edib? Bunun izahını verə bilərmi?

Tanınmış müəllimlərdən biri yay məzuniyyətinin pulu ödənilmədiyi üçün universiteti tərk edib, bəs qalanları?"

Xəzər Universitetinin təsisçisi və Direktorlar Şurasının sədri Hamlet İsaxanlı bildirib ki, M.Yaqub əxlaqsızlığa görə qovulub:"Gərək öz ayıblarının üstünü açmayaydı. Buna dərs vermək istəməyiblər. O, özü bizə yalvarıb ki, mənə bir dənə dərs verin. Bir dənə dərsə də nə verilməlidi ki? Onu müəllim kimi saxlamayıblar. Xəzər Universiteti yüksək məvacib verir.

İndi əmək haqqı rəsmi verilir, vergilərdə də yoxlatmaq olar. Onu universitetdən qovmaq haqda qərar çıxarıblar. Bütün sənədlər də var, şikayətlər, yazılmış müraciətlər...

Nizam-intizam komissiyasının da rəyi var. Ləyaqətsiz bir hərəkət edib, ona görə də qovulub. Sadəcə, o, nəyə görə qovulduğunu gizlədib. Bütün olanlar sənədləşdirilib".

Emil SALAMOĞLU, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300