sitename

            Şakiranın bu mahnısı plagiatdır? -Məhkəmə prosesi başlayıb

 

Kolumbiya müğənnisi Şakira Karlos Viveslə birlikdə ifa etdiyi "La bicicleta” mahnısında plagiatın olması ehtimalı ilə bağlı martın 27-də Madrid Arbitraj Məhkəməsinə gəlib.

İspaniya Ali Məhkəməsinin məlumatına görə, Şakiranın işi üzrə məhkəmə bu gün başlayıb, lakin onun nə qədər davam edəcəyi məlum deyil, çünki iş üzrə K.Vives də ifadə verməlidir.

Daha əvvəl kubalı müğənni Livan Rafael Kastelyano Valdes şikayətlə məhkəməyə müraciət edib. O bildirib ki, 1997-ci ildə yazdığı "Yo te quiero tanto” ("Mən səni necə sevirəm") kompozisiyasından fraqmentlər Şakira ilə K.Vivesin ifa etdikləri "La bicicleta” mahnısında icazəsiz istifadə olunub.

"La bicicleta” mahnısı musiqisevərlərə 2016-cı ilin mayında təqdim olunub. Mahnı İspaniyada dərhal mövsümün hit kompozisiyalarından birinə çevrilib.

42 yaşlı Şakira təkcə müğənni kimi deyil, mahnıların müəllifi, rəqqasə, musiqi prodüseri, xoreoqraf və model kimi də məşhurdur. O, istər ispandilli, istərsə də ingilisdilli musiqi bazarlarında böyük uğur qazanmış Latın amerikalı müğənni hesab olunur. Müğənni beş dəfə "МTV Video Music Awards”, iki dəfə "Grammy”, yeddi dəfə "Billboard Music Awards” mükafatlarına layiq görülüb. Los-Ancelesdəki "Şöhrət” xiyabanında ulduzu var. Şakira bütün zəmanələrin albomları ən çox satılan ifaçılarından biri sayılır.

Hazırda İspaniyada müğənni barəsində vergiləri ödəməkdən yayınma ehtimalı ilə bağlı iş açılıb. Şakira iyunun 12-də İspaniya məhkəməsində ifadə verməlidir. Müğənni 2012-2014-cü illərdə gəlir vergisini və əmlak vergisini ödəməməsi ilə bağlı altı cinayətdə şübhəli bilinir. Söhbət ümumən 14,5 milyon avrodan gedir. (AZƏRTAC)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300