sitename

        Quran və möminin gündəliyi

(1-ci hissə)

Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-Kərim bir insanın ömür boyu ehtiyac

duyduğu bütün sahələri təmin etmiş, həyat tərzindəki bütün problemləri ən

mükəmməl şəkildə aradan qaldırmış İlahi kitabdır. Bu, heç bir şəkk-şübhə

olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol

göstərən Kitabdır. (Bəqərə-2) Hidayət üçün hər sahəni işıqlandıran bu kitab

"uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi,

(Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın)

müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən

rəhbər) və mərhəmətdir!" (Yusuf-111) "Biz Quranı sənə hər şeyi (dini hökmləri,

halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın

vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə

olaraq nazil etdik!" (Nəhl-89) Mömin olan hər kəs öz həyat tərzini Quranın

təlimatına əsasən tənzimləməlidir. Səhər oyandığı vaxtdan, axşam yatana qədər

bütün düşüncəsini, danışığını və etdiyi hər işi Quranla yaraşdırmalıdır: "Mənim

namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!"

(Ənam-162) Bəzi şəxslər Dini ayinlərin yerinə yetirilməsi üçün xüsusi vaxt

ayırarlar. Belə olduqda onların həyatı ikiyə bölünər: İbadət vaxtı və qeyri ibadət

vaxtı. Belə şəxslər Allahı və axirəti məhz namaz qıldıqda, oruc tutduqda və digər

ibadətləri yerinə yetirərkən xatırlayar və günün digər vaxlarını isə dünyəvi işlərə

sərf edərlər. Belə insanlar Quran əxlaqından uzaq olduqlarını bilməlidirlər. Quran

əxlaqını özləri üçün qanun sayanlar fərqli bir həyat sürər. Müqəddəratın Allah

əlində olduğuna inanıb Ona təslim olar, Ona güvənər və heç vaxt qərarsızlıq

yaşamaz. Hər hansı bir çətinliklə qarşılaşdıqda ümidsiz olmaz, Ona təvəkkül edər

və çətinlikdən qurtarmaq üçün Allahın tövsiyə etdiyi və bəyəndiyi yollarla əlindən

gələni edər. Evdə, bayırda, məktəbdə, iş yerində, idman edərkən, söhbət edərkən,

ticarətlə məşğul olduqda, televiziya izləyərkən və gündəlik həyatında etdiyi hər

işdə məsuliyyət daşıdığını dərk etməli, Allahın razı olacağı şəkildə addım atmalı və

bir sözlə diqqətli olmalıdır ki, ən gözəl biçimli həyat yaşasın. "Mömin olub yaxşı

işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib

edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri

yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)" (Nəhl-97)

Quran əxlaqına müvafiq yaşamaq insana mükəmməl dünyagörüşü, haqqı batildən

ayırd etmək qabiliyyəti qazandırar. Bu qabiliyyətə sahib olunca insan nəinki

çətinliklər qarşısında sarsılmaz, həm də digər insanlardan fərqlənər və onlar üçün

örnəyə çevrilər.

Bu məqalədə insanların gündəlik qarşılaşdığı hadisələrə və etdiyi işlərə Quran

təlimlərinə əsasən həyat tərzi tənzimləyən insanların gözündən baxılacaq. Belə bir

yaşam tərzi reallaşarsa elə bu dünyada cənnəti yaşamış olarıq (cənnəti dadmış

olarıq) və cənnətin nə olduğunu dərk etmiş olarıq. Bəli, Quran təlimlərini yaşamaq

və yaşatmaqla bu dünyanı cənnətə çevirmək (bənzətmək) mümkündür.

Səhər oyanarkən

Mömin səhər oyandığı ilk andan etibarən gün ərzində qarşılaşdığı və yaşadığı hər

olayda Allahın Quranda ifadə etdiyi "Aəyələr-Əlamətlər" olduğunu bilir.

Əlamətlər, Quranda Allahın varlığının, birliyinin və sifətlərinin dəlilləri olan

olaylar və varlıqlar anlamında işlənir. "İman vəsilələri" də bu anlamdadır. Yəni

iman gətirməyə və imanın artmasını vəsilə (vasitə) olan olaylar. "Həqiqətən,

göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-

birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini,

kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır." (Ali-İmran-190) Iman

sahibi və Quran əxlaqını mənimsəmiş hər kəs üçün hər yeni gün Allahın varlığının

dəlilləri ilə doludur. Allahın insanlara bəxş etdiyi nemətlər və üzərində düşünüləsi

lazım olan ayələrdən biri də hər gün gözləri açaraq yeni günə başlıamaqdır. Belə

ki, insan bütün gecə boyunca yatar və yuxuda keçirdiyi uzun saatlardan təkcə 4-5

saniyəlik röyaları xatırlayar. Bədəni və ruhu bir-birindən ayrılmış və yatdığını

düşünən şəxs əslində bir növ ölüdür. "Allah (əcəli çatan kimsələrin) canlarını

(ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını

isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk

edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar

(onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər

(ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək

(əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.

Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına,

qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!" (Zumər-42)

"Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-

həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur.

Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib

yetişsin..." (Ənam-60) Hər dəfə yeni gün üçün oyanmaq, ötən gündəki kimi

qüsursuz görmə və eşitmə qabiliyyətinə malik olmaq fərqinə varılası və

düşünülməsi vacib olan möcüzəvi əlamətlərdəndir."(Ya Rəsulum!) De: "Bir deyin

görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə

möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz

ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər."

(Ənam-46) Yatmaq üçün yatağına uzanan şəxs, sabah yenə bu nemətlərə sahib

olacağına əmin ola bilməz. Günə yeni başlayan mömin bunları düşünər və bu

üzdən əllərini Allah dərgahına uzadıb səmimi bir dua (Allaha həmd-səna edər) ilə

yeni günə başlayar. Gün ərzində hər an Allahın nəzarətində olduğunun fərqinə

varar və Onun razılığını əldə etməyə çalışar. Allaha bağlılığına görə Onun

qanunlarını icra edər və dini-çərçivəli həyat tərzi qurar. Şübhəsiz yuxunu istirahət

vasitəsi qərar verən Odur. Bu gerçəkləri qavraya bilənlər günə başladıqları andan

etibarən Allahın insana yaxınlığını hiss edər və bu bənzərsiz nemətlərə sahib

olmanın sevincini yaşayarlar. Dindən uzaq yaşayan və sözü gedən gerçəyi

düşünməyən insanlar isə sahib olduğu nem'ətlərin heç bir zaman fərqinə varmaz və

möminlərin yaşadığı sevinci yaşamazlar. Onlar hər gün eyni işləri görməyin

üzüntüsünü yaşayarlar. Yaşadıqları günün bəlkə də Allahın onlara verdiyi son gün

olduğunun fərqinə varmayanlar, sadəcə daha çox pul qazanmaq, daha yaxşı

yaşamaq, məhz insanlar tərəfindən tərifə və təltifə layiqlik qazanmaq (bəyənilmək)

arzusu ilə günə daha həris və tələskən şəkildə başlayarlar. "İnsanların haqq-hesab

vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə

inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın

dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq

həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla

fikirləşmirlər)." (Ənbiya-1)

Təmizlik edərkən

Gün ərzində təmizlik edən mömin Allahın ona bəxş etdiyi təmizlik vəsaitinə görə

şükür edər. Bnu da qeyd etmək lazımdır ki, nemətlərin yaradılışında olan sirrləri

dərk etmək və ondan dolayı nemət sahibinə şükür etmək qabiliyyətinə malik olmaq

möminlərə verilmiş bir məxsusiyyətdir. Allahın təmizliyi və təmizkarı sevdiyini

bildiyi üçün etdiyi təmizlikləri ibadət hesab edir və Allahın bu əmrlərini yerinə

yetirmiş olur: "Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!" (Muddəssir-4-5) "O vaxt

Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya

daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın

vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma

batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış

yağdırmışdı." (Ənfal-11). Su insan bədəninin və əşyalarının təmizlənməsi üçün ən

təməl maddədir. Su səbəbindən bədəndə və ruhda rahatlıq hissi yaşanır və yağışdan

sonrakı təravət və sərinlik də suyun havanı təmizləməsindən qaynaqlanır. Daim

təmiz olmağı Allah bəyənir və Cənnətdəki insanların əlamətlərindəndir. (Tur-24;

Bəqərə-25; Ali-İmran-15; Nisa-57 ) Möminlər təmizliyi baxımından da dünyanı

Cənnətə bənzədər və Allahın cənnətdəki insanlara vəd etdiyi hər şeyi dünyada da

mümkün olduğu qədər yaşamağa çalışarlar. Bəzi insanlar məhz ictimaiyyətdə

olduğu vaxt təmiz və səliqəli olar. Evdə olduqları (yaxud tək olduqları) müddətdə

təmizliyə qarşı diqqətsizlik edərlər. Onlar bilməlidirlər ki, təmizlik Allahın

bəndədən istədiyi keyfiyyətdir. Harada və necə olmasına baxmayaraq bu kieyfiyyət

qorunub saxlanmalıdır. Allah insanları ən gözəl və ən təmiz olmalarını əmr

etmişdir. Yemək, paltar, ev və ətrafında olan hər şeyin təmiz və səliqəli olmasına

təşviq etmişdir. "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını

yeyin..." (Bəqərə-168), "(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini

soruşurlar. De: "Bütün pak nemətlər sizə halal buyurulmuşdur..." (Miadə-4), (Əraf-

157; Bəqərə-125; Kəhf-19; Məryəm-13)

Cahiliyyət dövründəki insanlar öz istəkləri ilə yaratdıqları yaşam tərzi onları

rahatsız və xəstə edərkən, müsəlmanlar Quranın göstərişlərinə əsasən axirətdən

öncə dünyada da çox gözəl bir həyat yaşayarlar. Qısaca olaraq mömin, Quran

əxlaqına əsasən başqaları üçün deyil, Allahın bəyəndiyi və əmr etdiyi üçün

təmizkar və səliqəli olar, olduğu hər yeri təmiz saxlamaqla başqalarının rahatlığına

zəmin yaradar həm də bundan zövq alar.

Libas geyinərkən

Mömin gün ərzində geyəcəyi paltarları müəyyənləşdirər. Bütün insanlara geyim

bəxş olunur. Amma məhz möminlər bunu Allahın lütfü olaraq görər və buna görə

Allaha şükür edərlər. Yun, pambuq və ipəyin qaynağı canlılardır. Gündəlik

geyindiyimiz paltarların çoxu bitki və heyvanlardan əldə edilməkdədir. Başqa

sözlə desək, insanın geyimi üçün yaradılış aləmində onlarla canlı çalışmaqdadır.

Bəzi insanlar belə məsələlərə fikir verməzlər. Qəflət içində olduqlarından dəyərini

və əhəmiyyətini anlamazlar. İnsan bədəninin soyuqdan və istidən qorunması,

habelə digər şəraitdə digər qorunmalar olduqca önəmlidir. Eyni zamanda insan

bədəninin örtülməsi də geyimlə mümkündür. "Ey Adəm oğulları! Sizə ayıb

yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik.

Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə,

(onunla) öyüd-nəsihətə qulaq asasınız." (Əraf-26) Məlum məsələdir ki, insanın

vazkeçilməz ehtiyaclarından sayılan geyim də Allahın ona verdiyi nemətlərdəndir.

Ona görə də mömin paltar geyinərkən diqqətlidir və bu qiqqət Alahın nemətini

necə qiymətləndirəcəyinin göstəricisidir. Paltar alarkən nə isrfçılıq nə də xəsislik

edərlər. (Furqan-67). Paltarı təmiz (və pak), səliqəli saxlamaq da diqqət yetiriləsi

məsələlərdəndir. (Muddəssir-4-5) Əraf surəsinin 26-cə ayəsindəki "bəzəkli libas"

ifadəsi diqqət çəkməkdədir. Bəzək dedikdə, (möminin paltarları içərisində) ən

yaxşı paltar nəzərdə tutula bilər. Libasa aid ayələrdən, Həcc-23, Duxan-53, İnsan-

21, Kəhf-30-31 və... bunları misal çəkmək olar. Qeyd olunan ayələr əsasən cənnət

əhlinin paltarlarıdır və ipək paltar dünyada kişi üçün haram sayılır. geyimlərin

xarici görünüşü möminləri düşündürən digər önəmli məsələdir. Mömin insanları

Qurana dəvət edərkən üst-başına daha çox önəm verməli, mümkün olduğu qədər

gözəl və təmiz olmalıdır.

Səhər yeməyi yeyərkən

Səhər çağı, səhər yeməyi yemək məqsədilə mətbəxə gedib yemək hazırlamaq

üçün od yandıran mömin "od"-un da nemət olduğunu unutmaz. "Göylərdə və yerdə

nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən,

bunda düşünən bir qövm üçün ibrətlər vardır!" (Casiyə-13) Cəhənnəmdə yaşanacaq

şiddətli odu təsəvvürü mömin üçün elə səhər çağı hasil olur. (Zariat-13; Muminun-

104; Fəth-13) Beləliklə, onun imanı çoxalar və cəhənnəm xofu onu gün ərzində

günah etməkdən çəkindirər. Səhər yeməyi süfrəsindəki nemətlər (Çorək, bal, süd,

zeytun, yumurta və...) də həmişə möminin diqqət mərkəzindədir. (Nəhl-68-69)

"Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz

onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir

çox mənfəətlər də vardır. (Bəzilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə

tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz!" (Muminun-21)

"Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz

onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O,

içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla

südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr)." (Nəhl-

66) "Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları

müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu

və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin..."

(Ənam-141) İnsanın adətən səhər çağı yediyi heyvanlardan və bitkilərdən

qaynaqlanan hər bir nemətin faydaları haqqında ətraflı yazmaq istəmirik. Məhz

bunu qeyd edirik ki, yediyinə görə şükür etsə Allah nemətləri verməkdə davam

edəcək. "Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam..." (İbrahim-

7) İnsanın yemək yeyə bilməsi üçün (ağızı, dili, dişləri, çənə sümüyü və həzm

sistemi və ... eləcə də hər üzvün fəailiyyət dairəsi-funksiyası) lazım olan bədən

üzvləri də unudulmamalıdır. Bütün bunlar Allahın nemətidir. "O, hər şeyi yaratmış

və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir." (Furqan-2)

"Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi

gözəlləşdirən, sizə təmiz (pak) nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz

olan Allahdır." (Mumin-64) "Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri

dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü

və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm

bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, Onların meyvələrindən və öz əlləri ilə

becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər? "

(Yasın-33-35) "Məgər Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar

yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları (bu

davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.

Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var.

Hələ də şükür etməzlərmi?" (Yasın-71-73) Mömin bəndə bunların (nemətlərin)

Allahın əmanəti olduğunu dərk etməklə yanaşı daim şükür edər və onlardan

düzgün şəkildə istifadə edər.

Yol gedərkən

Səhər yeməyindən sonra insanlar adətən evdən çıxıb iş yerlərinə, məktəbə (və

sair) getmək məcburiyyətində qalırlar. İnsanların çoxu gündüz uzun-uzadı davam

edən (dünyəvi) işləri vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu

ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur.

İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna

görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur). (Muzz'mmil-7)

"Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan

ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur." (Furqan-47) Çoxunun "dünyəvi"

adlandırdığı işlər adətən gündüz yerinə yetirilir. Mömin qarşıdakı hər günü,

Allahın razılığıni və cənnətini qazanmaq üçün yeni bir fürsət sayır. İşləri nə qədər

çox olursa olsun, əsla Allahı unutmur. "..."Ey Rəbbim! Mənə mənim özümə və ata-

anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş

görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin

zümrəsinə daxil et!” (Nəml-19) Hz. Süleyman peyğəmbərin bu duasından

yararlanar. Üzərində rahatca yeridiyi yeri və yuxarı baxdıqda göyü və yerlə göy

arasında olanların hamısını Allahın əlamətlərindən sayar. Hikmət gözüylə baxan

möminlər ətrafdakı gözəlliklərə qarşı laqeyd və etinasız olmurlar. Evdən çıxarkən

İlahi əlamətlərə qarşı etinasız davranmırlar və təkəbbür və riyakarlıqla addım

atmırlar. "Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get)..."

(Loğman-19) Təvazökar möminlər bütün nemətlərin Allah tərəfindən olduğunu

dərk etdikləri üçün daha diqqətli olmağa çalışarlar. Amma Quran ədəbiyyatından

xəbərsizlər qeyd etdiyimiz nemətlərin qaynağını bilmədən özlərinin malik

olduqlarını düşünərək addım atarlar. Bu üzdən bəzən təkəbbürlə bəzən də riyakarca

davranarlar. Daim insanlara yuxarıdan aşağı baxanlar, bu düşüncələrini

yerişlərində də əks etdirərlər. "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə

lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb

fəxr edəni sevməz!" (Loğman-18) "Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki

sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən" (İsra-37) Quran

əxlaqına uyğun şəkildə yaşayanlar ətrafda olan insanları və digər yaradılmışları

Qurana əsasən dəyərləndirər. Gün ərzində qısa məsafələri qət etmək üçün yerimək

mümkündür. Amma uzaq məsafələri yeriməklə qət etmək mümkünsüzdür (yaxud

çox çətindir). Allah bəndələrin bu problemlərini də nəzərə alıb onlar üçün müxtəlif

nəqliyyat vasitəsi yaratmışdır. "Onlar sizin yüklərinizi özünüzü yormadan çata

bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin

şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı

və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər

(nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır." (Nəhl-7-8) "Və O Allah ki,

(bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz

gəmiləri və heyvanları yaratdı." (Zuxruf-12) "(Ya Rəsulum!) Məgər Allahın yerdə

olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun

izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi?

Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!" (Həcc-65) İnsanlar da

Allahın yardımı ilə özləri üçün avtomobil, avtobus, qatar, təyyarə, gəmi və s

nəqliyyat vasitələri düzəldirlər. "Ona görə ki, onları minəsiniz, sonra minib

oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: "Bunları bizə ram

edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara

gücümüz çatmazdı." (Zuxruf-13) Mömin üçün nəqliyyat vasitəsi Allaha şükr etmək

üçün əsas səbələrdəndir. Dünyadakı yaşadığı hər anı Quran əxlaqı ilə bəzəyən

mömin yol gedərkən belə mənasız düşüncələrin zehnini işğal etməsinə izin verməz.

İş yerində

Mömin digər insanlardan fərqli olaraq işinin ağır olmasına baxmayaraq əsla

Allahın zikrindən yayınmaz. "Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə

gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf

cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında olan savab əyləncədən də,

ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Cumuə-11) Maddi

qazanc əldə etmək mömini heç vaxt dini ayinləri yerinə yetirməkdən saxlamaz. "O

kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və

zəkat verməkdən yayındırmaz..." (Nur-37) Adi insanlar ömürlərini daha çox pul

qazanmaq, daha göclü olmaq və malik olduqlarını daha artıq qorumağa həsr

etdikləri bir vaxtda mömin, əldə etdiyi nemətlərə (ruziyə) görə şükür edər və

qazancı az olsa belə heç vaxt nankorluq etməz. Dünyaya gözəl həyatla başlaya

bilmək, varlı olmaq, müxtəlif mənsəb və məqamlara ucalmaq, ictimaiyyətdə fərqli

bir yerdə olmaq, ailə qurub öyünə biləcək (fəxr edəcək) uşaqlara sahib olmaq və

sair istəklər (arzular) cahil insanların sonsuz axirət həyatına tərcih etdikləridir.

Əlbəttə bütün bunlar Allahın razılığı üçün və amacı axirət olanlar üçün ibadət

hesab olunur. Möminlər də eyni istəklərə nail olmaq istəyərlər. Amma onları

cahillərdən ayıran bütün işlərini Allah xatirinə etdikləri və Allahın göstərişinə

uygun xərcləmələridir. "(Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız,

qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad

olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun

Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı)

gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!" (Tovbə-24) Bu

üzdən möminlər ticarət edərkən daha diqqətlidirlər. "Ey qövmüm! Ölçüdə və

çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların

mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer

üzündə gəzib fitnə-fəsad törətməyin!" (Hud-85) "Ölçəndə ölçüdə düz olun,

(çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə

daha yaxşıdır!" (İsra-35) "Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı

olun, tərəzini korlamayın!)" (Ərrəhman-9) Allah Quranda ticarətin keyfiyyətini

izah etmişdir. "...Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan)

etmişdir..." (Bəqərə-275) Öz ayıq-sayığlığı ilə fərqlənən mömin sələmi deyil,

ticarəti üstün tütar və ticarətin qayda-qanunlarına diqqətlə əməl edərək daha

faydalı və halal ruzi qazanmağa çalışar.

Alver edərkən

Günümüzdə bir çox insanlar üçün ticarət önəmli bir məşğuliyyət və qazanc

mənbəyidir. Alver etmək eyni zamanda zövqlü bir işdir. Diqqət yetirilməsi vacib

məsələ bundan ibarətdir ki, alver edərkən axirət unudulmamalı, dünyəvi hərisliklə

həyata keçməməlidir. Bütün düşüncəsi, planları və vaxtını alverə xərcləməməlidir.

Ehtiyacı təmin edəcək həddə ticarətlə məşğul olmalıdır. "Səhər-axşam Rəbbinin

rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru).

Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən)

çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə

uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!" (Kəhf-28) Mömin

imkansız insanları nəzərə alaraq (maddi imkanı yetsə də) bəzi şeyləri almaz (məs:

5 manatlıq paltarla həyatını davam etdirə bilirsə 10 manatlıq paltar almaz). "Məgər

onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də)

azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!" (Zumər-52)

Möminlər alveri Allaha xatir edər, daim şükür edər və bunun bir imtahan olduğunu

dərk edərlər. Amma cahillər, "İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana

çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram

göstərdi!”–deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə:

"Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər." (Fəcr-15-16) şükür etməz,

istəklərini nizama salmaz, daim "ilin modası"-na əsasən geyinər, paltarının

ölçüsünə və rənginə görə digər insanları cəzb etməyə çalışar, sahib olduqları

nemətlərin şükrünü etməzlər. (Nəml-73). Möminlər Quran əxlaqından

faydalanaraq israfdan da uzaq olarlar. "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı

(namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin,

yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (Əraf-31)

"Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında

orta bir yol tutarlar." (Furqan-67)

İbadət edərkən

Allah insanı Ona ibadət etməsi üçün yaratmışdır. "Mən cinləri və insanları yalnız

Mənə ibadət etmək üçün yaratdım!" (Zatiyat-56) Bu üzdən mömin ibadət etməyi

hər şeydən üstün tutar. Gündəlik həyatında ibadət üçün xüsusi vaxtlar ayırar.

Vaxtının çoxunu daha çox ibadət etmək və daha çox yaxşı işlər görməyə sərf edər.

Ona verilən hər saniyəni Allahın razılığını qazanmaq üçün xərcləyər. "Elə ki azad

oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)" (İnşirah-7) Allah da onları bu

işlərində dəstəkləyər. "Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi

qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə

daha yaxşıdır!" (Məryəm-76) Çünki, onlar "yalnız Ona ibadət edər və Onun

ibadətinə səbirli olarlar" (Məryəm-65) Cahil insanlar isə bu barədə əsla düşünməz

və axirətin varlığında şək-şübhə edərlər. "...Həqiqətən, onların gördükləri iş necə

də pisdir!" (Tovbə-9) Möminlər gün ərzində daim Allahı yad edər və Ondan heç

vaxt qafil olmaz. "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla)

çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar." (İsra-19) "...Rəbbini çox

yada sal (zikr et) və səhər-axşam şəninə təriflər deyib şükür et!” (Ali-İmran-41)

"Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və

qafillərdən olma!" (Əraf-205) Gününü Allahı yad etməklə keçirən möminlər

özlərini daim dinc və xöşbəxt hiss edərlər. Çünki, "O kəslər ki, Allaha iman

gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər

(möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" (Rəd-28) Möminin

yeganə məqsədi dünyada və axirətdə səadətə qovuşmaqdır. Ona gorə də "Camaat

nə deyər?!" və buna bənzər suallar onu heç vaxt öz hədəfindən döndərməz. Allah

da onlara kömək edər. "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar

(hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər,

namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki,

onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət

sahibidir!" (Tovbə-71)

Gecə yatarkən

Gecənin yaradılışında düşünən bütün insanlar üçün "Gecə də onlar üçün

(qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət

içində olarlar." (Yasın-37) Dəlillərdən biri günəşin yavaş-yavaş batmasıyla havanın

qaralmasıdır. Tədricən həyata keçən gecə-gündüz can lıların yaşamasını

asanlaşdırır. Quranın mətni üzərində düşünən möminlər bu üzdən Allahı, rəhm

edələrin ən rəhmlisi kimi tanıyar və tanıtarlar. (Yusuf-92) "De: "Bir deyin görək,

əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa

hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər (öyüd-nəsihət) eşitmirsinizmi?” De:

"Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq

olan) Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?!

Məgər (gecə ilə gündüzün bir-birinin əvəz etməsinin Allahdan sizə bir lütf

olmasını) görmürsünüzmü?” Allahın əlamətlərindən və nemətlərindən sayılan

gecə-gündüz həmişə möminin diqqət mərkəzindədir. Bu nemətlərə görə daim

şükür edərlər. "(Allah) öz mərhəmətindən dolayı sizi üçün gecəni (qaranlıq) və

gündüzü (işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi

diləyib axtarasınız. Bəlkə, (bu nemətə görə Allaha) şükür edəsiniz!" (Yusuf-73)

Ona görə də Allah onları "ağıl sahibləri" sayır. (Ali-İmran-190; Yunus-6; Bəqərə-

164) Gecə ilə gündüzün bir-birini əvəz etməsi olduqca böyük nemətdir. "Gecəni

dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı

edən Odur..." (Yunus-67) "Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi

qazanmağınız, əlləşib vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah

insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükür etməz!" (Mumin-

61) Dinlənməkdən əlavə gecənin səssizliyini və durğunluğunu fürsət sayıb ibadət

etmək üçün ən əlverişli zaman olduğunu da qeyd etmək olar. "Şübhəsiz ki, gecə

(namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz

demək (Quran oxumaq, dua etmək) daha münasibdir! Çünki gündüz sənin uzun-

uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət

işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs

ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha

yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha

məqsədəuyğundur)." (Muzzəmmil-6-7) Bu üzdən mömin bütün gecəni yatmaqla

keçirməz. "Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər."

(Furqan-64) "Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və

ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə

dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər." (Səcdə-

16) "Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah

səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti

bəndə kafirlə birdirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola

bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”

(Zumər-9) Möminlər bu işdə Hz. Peyğəmbəri (s) nümunə sayırlar. (Muzzəmmil-

20) Bunu da qeyd etmək lazımdır ki, yuxu da ölüm kimi bir şeydir. (Yuxu və ölüm

qardaşdırlar). Allah istəməzsə insan yuxudan oyanmaz. Bu üzdən, mömin

yatmazdan öncə son dəqiqələrini yaşayırmış kimi davranar, tövbə, dua, istiğfar

diləməklə yuxuya gedər. (Zumər-42)

(2-ci hissə)

Mərhəmətli, rəhmli Allahın adı ilə! Ailəsi və yaxınları ilə: Mömin hər bir

mühitdə Quran əxlaqına əsasən rəftar edər. Dünyaya göz açdıqda ilk olaraq ana və

atasını görər. Valideyn övladını böyütmək üçün çoxlu əziyyətlərə qatlaşar.

Bununla belə övladını böyütməyi və onun tərbiyəsi ilə məşğul olmağı zövqlə

həyata keçirərlər. Ana və atanı yaradan, onlara uşağa qarşı mərhəmət hissi verən

Allahdır. "Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı,

onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda

daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:)

"Mənə və ata-anana şükür et…" (Loğman-14). Mömin daima "ata-anaya yaxşılıq

edin" (Ənam-151) əmrinə əməl etməkdədir. "Biz insana ata-anasına yaxşılıq

etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik.

Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur.

Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət,

(insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: "Ey Rəbbim! Mənə

həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş

gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et" (Əhqaf-15)

"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı

baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin

yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!” belə demə,

üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (İsra-23). Bütün bunlar

möminin Quran əxlaqına uygun baxışlarıdır. Əlbəttə valideyn övladı doğru yoldan

sapdırmaq istərsə, belə bir məqamda ona itaət etmək vacib deyil. Amma yenə də

onu acılamaq düzgün deyil. Xüsusi bir üslubla onları doğru yola dəvət etmək də

olar. Bu sahədə Hz. İbrahimin (ə) əhvalatı örnək sayıla bilər: "Atacan! Həqiqətən,

sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir

şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir

yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha)

çox asi olmuşdur! Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab

toxunsun və beləcə Şeytana yoldaş olasan!” (Məryəm-43-45) Digər tərəfdən bəzi

insanlar valideynlərinin gücdən düşdüyü və yardıma ehtiyacı olan bir vaxtda

onlardan üz çevirərlər. Bu üzdən maddi və mənəvi çətinliyi olan, tərk edilən və tək

başına yaşayan çoxlu yaşlıları görürük. Bütün bunların səbəbi isə Quranın

göstərişlərinə əməl olunmamasıdır. Quran əxlaqı ilə yaşam tərzi quran ailədə daim

sevinc hissi hakim olar.

Nemətlərlə üzləşərkən:Ətrafına hikmətlə baxan möminlər gördükləri hər şeyin bir

nemət olduğunu anlayarlar. Aldıqları təmiz havadan tutmuş göydəki ulduzlara

qədər hər nəyi onlara xidmət etmək üçün yaradılmasını dərk edərlər. Çox gözəl

bilirlər ki, Allahın onlara bəxş etdiyi nemətləri nə saya nə də şükrünü əda edə

bilməzlər. (Nəhl-18) Mömin şəriət qanunları çərçivəsində bütün nemətlərdən

yararlanmağa çalışar. Madii durumu yaxşılaşdıqca şəriət qanunlarına daha diqqətli

olar. Çünki, bu nemətlərin Allah tərəfindən verildiyini və O istədiyi vaxt verdiyi

nemətləri ala biləcək iqtidariyyətində olduğunu bilir. Mömin dərk edir ki,

nemətlərin içində nisbətən uzun ömürlü olan "ev" onunla yalnız 60-70 il yoldaşlıq

edə bilər. Bu üzdən ev və digər nemətlər onun üçün yalnız Allah rızası üçün vasitə

rolunu oynayır. "Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan!

Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın vəziyyətdə

tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə

zülm etmə! Dilənçini də (qapıdan) qovma! Və (həmişə) Rəbbinin sənə olan

nemətindən söhbət aç!" (Zuha-5-11) "...Allahın nemətlərini yada salın ki, bəlkə,

nicat tapasınız!” (Əraf-69) Bəzi insanlar şükür etmək üçün onlara xüsusi və böyük

nemət verilməsini gözləyər. Halbuki, azca diqqət etsələr, insan hər anını nemət

içində keçirdiyini görərlər. Nemətə sahib olduqları vaxt şükür etməyənlər

əllərindən çıxandan sonra onun qədrini (dəyərini) bilərlər. "...Əgər (Mənə) şükür

etsəniz, sizə (olan nemətimi) artıracağam..." (İbrahim-7) Möminlər bütün

nemətlərin həm də imtahan üçün verildildiyini yaxşı bilirlər. Ona görə də infaq

etməməkləri mümkünsüzdür. "Xeyr (bu mümkün deyildir). Həqiqətən, o

(Cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini

sümükdən ayırır). Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni

və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl

tutmayanı!) Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ)

yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib

olduqda isə xəsis olar." (Məaric-15-21) Bu ayədə "...(Allah yolunda) nəyi

paylamalı olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını

(möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə,

fikirləşəsiniz." (Bəqərə-219) Allah infaq etməsini əmr edir. Var-dövlətini Allah

yolunda və xeyirli işlərə xərcləmək möminin xüsusiyyətlərindəndir. Nemətləri

Allah yolunda infaq etmək də bir növ şükür hesab olunur. Əslində Quran əxlaqı ilə

yaşayan cəmiyyət arasında yoxsul fərd tapılmamalıdır. (Tovbə-111)

Mənfi (xoşagəlməz) hadisələrlə qarşılaşarkən: Hər bir insan gün ərzində müxtəlif

çətinliklərlə qarşılaşar. Möminlər qarşılaşdığı nə olursa olsun Allaha təslim olarlar.

"Allah bizi imtahan edir" deyə düşünər və Ona təvəkkül edərlər. Belə olduğu

təqdirdə çətinliklərə dözümlülükləri artar. "De: "Allahın bizim üçün (lövhi-

məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar

sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!" (Tovbə-51)

Qarşılaşdığı və yaşadığı hər hansı bir hadisənin mütləq dünya yaxud axirəti üçün

xeyirli olduğunu düşünən mömin, daha diqqətli addım atar və sarsılmazlığı ilə

fərqlənər. Başına gəldiyi (zahirən) xoşagəlməz hadisələrdən şikayətlənməz. Hər

çətinlikdən sonra bir xeyir olduğuna inanan mömin işlərinin asanlaşması üçün

Allaha xeyli yalvar-yaxar edər. Bunları düşünən kəs, nə ilə qarşılaşarsa qarşılaşsın,

əsla ümidsiz olmaz. "...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də

xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz."

(Bəqərə-216) "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad)

və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən

şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz

Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına)

qayıdacağıq!” deyirlər." (Bəqərə-155-156) Cahiliyyət əxlaqına sahib bir insan

uşaqlıqdan etibarən sanki yaxşı bir iş sahibi olmaq üçün yetişdirilmişlər.

Əllərindəki işi itirmək, onlara həyatlarının alt-üst olması kimi gələr. Mömin isə ona

ruzi verənin yalnız Allah olduğunu bilir. Başqa sözlə, iş mömin üçün sadəcə bir

vasitədir. Ona görə də işdən çıxarılma kimi xoşagəlməz hadisə möminin səbrinə və

təvəkkülünə xələl gətirməz. "İş" sadəcə bir misaldır. Digər sahələrdə də eynilə işdə

olduğu kimi hərəkət edər. Mal, əmlak, əşya, övlad, (yaxın qohumlar) və malik

olduğu bütün nemətlərin bir anda əlindən çıxması və bunun üçün kədərlənməyən

yeganə şəxs, mömindir. Qurana bağlı olmayan heç kimsə bunlara dözə bilməz.

Mömin Allahın razı ola biləcəyi tərzdə davranmağa can atar, dua edər və səmimi

bir şəkildə Allaha üz tutar. "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər

(bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə

aiddir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya

yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi,

bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!

Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən

(mövlamızsan)...” (Bəqərə-286) İmtahan üzündən itirdiklərinə görə ümidsizlik

etməz, əksinə, daha böyük nemətlərə sahib olmaq üçün qaldıqları yerdən davam

edərlər. "...Allah sizin qəminizin üstünə qəm gətirməklə cəzalandırdı ki, əlinizdən

çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah

gördüyünüz işlərdən xəbərdardır!" (Ali-İmran-153) "Yer üzündə baş verən və sizin

öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir

kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin

əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib

qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi

sevməz!" (Hədid-22-23) Mömin gün ərzində müsibətlə qarşılaşarsa və fəlakətə

uğrayarsa imtahan olduğunu anlayar və belə bir məqamda Quranın təlimlərinə

uyğun şəkildə addım atmaqla əsil bəndəlik (təslim olma) nümayiş etdirər.

Xəstələnərkən:İmanlı şəxs xəstələnərkən (xəstəliyi də Allah taalanın bir imtahanı

hesab etdiyi üçün) son dərəcədə səbirli olar və Allaha təvəkkül (və dua) edər. Allah

Qurani Kərimdə onun səbrini bir "yaxşılıq" hesab edir: "Yaxşı əməl heç də (ibadət

vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl

sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün

ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-

dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə,

yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların

azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə

əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə)

və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və

əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!" (Bəqərə surəsi-177)

Möminlər sağlığına qovuşmaq üçün tibb ocaqlarına da gedib lazım olan (məsləhət

görülən) dərmanlardı da istifadə etməlidir. Dərmanlardan əlavə, sağalması üçün

çoxlu və ixlasla dualar edər və həzrət Əyyubun (Qurandakı) əhvalatını xatırlayıb

daha da ümidli olar. "(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə

yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən

rəhmlilərin rəhmlisisən!” (Ənbiya-83) Sağalması üçün istifadə etdiyi dərmanları

yalnız vəsilə kimi dəyərləndirər. Bu da Qurani Kərimin göstərişidir:

"Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir" (Şüəra-80). Möminlər, cahil

insanlar kimi: "niyə mənim başıma belə bəlalar gəlir?!", "Niyə məhz mən

xəstələnirəm?!" suallar verməzlər (şikayət etməzlər). Əksinə, Möminlər xəstəliyi

Allaha yaxınlaşmaq üçün önəmli fürsət bilib hərəkətə keçərlər. Həmçinin

sağlamlığın nə qədər böyük bir nemət olduğunu bir daha anlayarlar. Adi xəstəlik

kimi sayılan qrip belə insanı yatağa sala bilər. Belə bir vəziyyətdə insan nə qədər

güclü və maddi baxımdan imkanlı olursa olsun dava-dərman istifadə etməyə

məcbur qalır. Bütün bunlar isə insanın zəif, olması və ölümün və axirətin

xatırlanmasına səbəb olur.

Çətinliklərdə göstərdiyi səbatlılıq: İnsanlar ömür boyu müxtəlif narahat edici

mənzərələr görər və müxtəlif arzu olunmaz səhnələrlə rastlaşar. Belə bir

vəziyyətdə mömin şəxs cəhənnəmi xatırlar: "Doğrudan da, o, nə pis məskən, nə pis

yerdir!” (Furqan-66) (Vaqiə-41-44 və Furqan-13-14) Cəhənnəmi və cəhənnəm

əzablarını xatırlayan mömin bila fasilə özünü və digər insanları cəhənnəm odundan

qurtarmaq üçün doğru yol seçər və Rəbbinə dua edib ondan bağışlanmasını diləyər.

Allahın Quranda bildirdiyinə əsasən cəhənnəm, murdar iy verən, dar, gurultulu,

qaranlıq, hisli və tüstülü bir yerdir. Etibarsız mühiti və hüceyrələrə işləyən

qovurucu bir istiliyi vardır. Ən iyrənc yemək və içkilər cəhənnəmdədir. Atəşdən

paltarlar vardır və cəhənnəmdəki bütün əzablar kəsilməz sürəcək. Dərilərin atəşdə

qovrulacağı, insanların çıxmaq üçün yalvaracaqları hətta ağrıdan ötəri ölmək

istəyəcəkləri cəhənnəmi bəzi istiqamətləriylə nüvə döyüş sonrasındakı dünyanı

təsvir edən filmlərdəki mühitlərə bənzədə bilər. Ancaq bu filmlərdəki qaranlıqı

cəhənnəmdəki mühitlə müqayisə etmək mümkün deyil. Bu yalnız bir bənzətmədir.

Cəhənnəm, bizim dünya həyatına baxaraq düşünə bildiyimiz ən pis mühitlərdən

çox daha pis, çox daha qorxuducu bir yerdir.

Şeytanın təlqinlərinə qarşı diqqət və oyanıqlıq: Qurani Kərimin də bildirdiyinə

əsasən Şeytan daima insanı doğru yoldan sapdırmaq və Allahın dinindən və Quran

əxlaqından uzaqlaşdırmağa çalışar. Şeytan günün 24 saatı öz fəaliyyətini davam

etdirər. Hər insanı yoldan çıxarmaq onun amacıdır. O, insanlara qarşı çox kinlidir.

Hətta peyğəmbərləri belə azdırmaq istəyər. Allah taala Hz. Adəmi yaratdıqdan

sonra "Mələklərə və şeytana ona səcdə edin" əmrini verdi. Amma şeytan

təkəbbüründən dolayı ona səcdə etməyib Allaha itaətsizlik etdi. Bu üzdən Allahın

hüzurundan qovulmuşdur. (Əraf-11-18) Şeytanın arzusu budur ki, insanları özü ilə

cəhənnəmə sürükləsin. Bu üzdən Allaha səmimi və qəlbən ibadət edənləri

əngəlləməyə çalışar. Möminlər isə Şeytanın hər an iş başında olduğunu və öz

məşun hiylələrini həyata keçirmək üçün müxtəlif vasitələrdən yararlana biləcəyini

bilərlər: "Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə

(əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir.

(Allah hər şeyi) biləndir." (Bəqərə-268) Ona görə də daha diqqətli addım atar və

Allaha təvəkkül edərlər. Ruzini verən Allahdır deyib Şeytani hisslərə əhəmiyyət

verməzlər. "Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək

məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər

şeyi) eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər)

toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb

düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar". (Əraf-200-201) Şeytandan

qurunmaq üçün ən önəmli iş Allaha sığınmaqdır. Unutmamaq lazımdır ki, şeytan

da Allahın idarəsində və nəzarətindədir. O istəməsə şeytan heç bir şeyə gücü

çatmaz. "Nas" surəsini oxumaqla Allaha sığınmaq mümkündür. Mömin Quran

əxlaqına uyğun gələn düşüncələri Şeytanın təlqini nəticəsində yaranmış

düşüncələrə tərcih edər. Etdiyi heç bir əmələ Şeytanın qarışmasına izin verməz.

"Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın

heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar

üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət

etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)" (Nəhl-99-100)

Anlayışlı olmaq və əfv etməyi bacarmaq: "Allaha ibadət edin və Ona heç bir şeyi

şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq

qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə

(yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin!

Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! (Nisa-36)" Mömin

bu ayəyə əsasən ətrafındakı insanlarla gözəl davranmalı və insanların səhvini

bağışlaya bilməlidir. "Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun

bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!" (Şura-43) "Aranızda olan

fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət

edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib,

(cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın

sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır,

rəhm edəndir!" (Nur-22) Mömin gün ərzində qarşılaşdığı hər insana qarşı son

dərəcədə anlayışlı və xoşüzlü davranmağa diqqət edər. Qarşılaşdığı hadisələr nə

qədər ani olursa olsun, özünü itirməz, qızıb hirslənməz və ətrafındakı insanları

qırmaz. Quran əxlaqına sahib olan insan ən gözəl insandır. Onun evdə, işdə, yolda

və gün ərzində göstərdiyi davranışları sayəsində baş verə biləcək çoxlu

gərginliklərin qarşısı alınır. Belə bir şəxs başqaları üçün də örnək sayıla bilər.

Səbirli olmaq:"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi)

yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya

bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki

yaxın bir dost görərsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə

verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!" (Fussilət-34-

35) Mömin Quran əxlaqını yaşamaqda qərarlı və israrlı şəxsdir. Qarşılaşdığı

insanların yanlış və ya xoşagəlməz sözlərinə və davranışlarına səbr etməklə

qarşılıq verər. Hətta ona zərər verən insanlarla belə gözəl davranar. Belə şəxslər

Quran əxlaqını mənimsəyənlərdir və gözəl davranışları ilə həmişə insanların

diqqətini cəlb edərlər.

Gözəl danışmaq:Allah gözəl sözün nə qədər bərəkətli olduğunu və hər zaman

xeyir gətirəcəyini bu ayə ilə izah etmişdir: "Məgər Allahın necə bir məsəl

çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah)

kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı)

kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər.

Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın

kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır,

əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz

isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman

gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə)

sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!”

(İbrahim-24-27) Bu ayədə də bildirildiyi kimi gözəl danışmaq həm dünya həm də

axirətdə çox böyük nemətlərə sahib olmaq deməkdir. Amma pis sözlər

söyləyənlərin yeri isə cəhənnəmdir. Gözəl danışıq və danışmaq üçün ən gözəl

üslub seçməklə insanları cəzb edər və özü də nümunəvi insane çevrilər. (Ya

Rəsulum!) Bəndələrimə de: "(Danışdıqları zaman "la ilahə illallah; yərhəmukəllah;

yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət

edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər.

Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra-53)

Riqqətlilik:"(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında

(heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə

heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: "Sizə nə olub

(dərdiniz nədir)?” Onlar: "Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz

(qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları

sulamağa biz gətiririk)”, - deyə cavab verdilər. (Musa) onlar üçün (yaxınlıqdakı

başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: "Ey

Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Qəsəs-23-24) Bu

ayələr həzrət Musanın Mədyən şəhərindəki əhvalatını izah edir. O düşüncəli bir

insan olaraq qarşılaşdığı ehtiyaclı insanlara yardım edir. Möminlər bu əhvalatı

həmişə xatırlamalı və əməl etməlidir. Ətrafındakı insanların vəziyyəti çətindirsə

Quranın bu ayələrini özünə örnək hesab edə bilər. Eyni halda, bir dəstə insana

yardım edərkən başqa bir dəstə insanın narahatlığına səbəb olmamalıdır. İncə

xasiyyətliliyin müxtəlif nümunələri vardır, məsələn danışıqda, yemək yeyərkən,

yol gedərkən və s zərif hərəkətlər nümayiş etdirmək.

Qonaqpərəstlik:Qonaqpərəstlik barədə ən dolğun əyələr hz İbrahimə (ə) aiddir. O

qonaqlarını hörmətlə qəbul etdi: "(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının

(mələklərin) söhbəti sənə gəlib çatdımı? Onlar (İbrahimin) yanına gəlib salam

verdikdə (İbrahim) salamı alıb (öz-özünə): "Bunlar tanımadığım kimsələrdir!”

–dedi. O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq)

gətirdi. Onu qabaqlarına (qonaqların qabağına) qoyub: "Bəlkə, yeyəsiniz!” – dedi.

(Zariyat-24-27) Hz. İbrahimi (ə) örnək sayan möminlər öncə gələn qonağı

salamlamalı və hörmətlə qəbul etməlidir. Sonra qonağın ehtiyaclarını hiss edib

onları razı salmaq üçün əlindən gələni etməlidir. Təbii ki, şəriətin hüdudlarını

qoruyaraq qonağa ikram etməyə çalışarlar. Bu məsələdə möminlər kasıbla varlı

arasında heç bir fərq görməzlər. Qonaqlar isə ev sahibinin səmimiyyəti və

qonaqpərvərliyini gördükdə rahatlıq hissi duyarlar.

Qarşılıqlı salam və sayğı: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya

(eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır”. (Nisa-86)

Möminlər bu ayəyə əsasən bir-biri ilə görüşərkən sölh və əmin-amanlıq ifadəsi

sayılan "salam”laşarlar. "…Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi,

qohum-əqrəbanızı, dostlarınızı və

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300