sitename

        Qvardiola: "Yaxın iki ildə "Yuventus"a keçməyəcəyəm"

 

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Turin "Yuventus"unun rəhbərliyi ilə razılaşma əldə etməsinə dair yayılan şayiələrə münasibət bildirib.

"Report” BBC-yə istinadən xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "Uotford" üzərində qazanılan qələbədən sonra (3:1) açıqlama verən baş məşqçi, insanların niyə görə sosial şəbəkələrdə yazılanlara inanmalarını başa düşmədiyini deyib:

"Niyə hər kəsin sosial şəbəkələrdə yazılanlara inandığını anlamıram. Eyni zamanda, heç kim mənim agentimə, "Mançester Siti" və ya "Yuventus"un nümayəndələrinə zəng etməyə çalışmır.

Massimiliano Alleqriyə görə məyusam. Mənim müqaviləm iki il müddətinə nəzərdə tutulub. Mən buranı yalnız qovulacağım təqdirdə tərk edə bilərəm. Yaxın iki ildə "Yuventus"a keçməyəcəyəm".

Hazırda "Mançester Siti" 74 xalla İngiltərə Premyer Liqasına liderlik edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300