sitename

             "Qarabağ" Tehrana səs saldı -Foto

İranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Tehranın "Milad” qülləsində Novruz bayramının UNESCO–nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi münasibətilə konsert proqramı təşkil olunub. Mərasimdə Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ” muğam qrupu da iştirak edib.

Teleqraf.com xəbər verir ki, konsertdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami, vitse-prezident, Milli irs, əl işləri sənayesi və turizm təşkilatının sədri Əliəsgər Munesan, vitse-prezident, milli kitabxana və arxiv təşkilatının rəhbəri, xanım Əşrəf Borucerdi, prezidentin qadın məsələləri üzrə müşaviri Şahindoxt Mövlaverdi, İranın UNESCO üzrə Milli Komissiyasının baş katibi Höccətullah Əyyubi, həmçinin Tehranda akkreditə olunmuş 70 ölkənin səfiri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

"Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimovun ifasında "Mənim Azərbaycanın”, "Heydər babaya salam” xalq mahnıları və təsniflər, zərb muğamı və ənənəvi olaraq sonda "Qarabağ şikəstəsi” səsləndirilib.

Konsertdə ifa olunan Azərbaycan mahnıları böyük maraq və alqışlarla qarşılanıb.

Konsert proqramının sonunda İranın xarici işlər naziri M.C.Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami və Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov "Novruz dünyası” poçt markasını təqdim ediblər.

Xanəndə Mənsum İbrahimovu tarda Əməkdar artist Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300