sitename

        Filippində ticarət mərkəzi yaxınlığında partlayış baş verib, 2 nəfər ölüb

 

Filippinin cənubundakı Kotabato şəhərindəki Ticarət mərkəzi yaxınlığında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verir.

"Mindanao Examiner" nəşrinin yaydığı məlumata görə, "South Seas Mall" ticarət mərkəzi yaxınlığında dayanmış mototaksi partlayıb. Hadisə zamanı binada Yeni İl bazarlığı edən yüzlərlə insan olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin səbələrini araşdırır. Hələ ki, heç bir terrorçu qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300