sitename

          Saatlıda ağır yol qəzası nəticəsində 4 nəfər yaralanıb

 

Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Mollaəvəzli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Həsənov Nəsimi Şükür oğlu idarə etdiyi "Hundai” markalı avtomobil ilə hərəkətdə olarkən "Mercedes” markalı maşınla toqquşub. Nəticədə "Hundai”ın sürücüsü, eləcə də Beyləqan rayonunun 1982-ci il təvəllüdlü Aşağı Çəmənli kənd sakini Ağayev Elman Əliağa oğlu, Füzulinin Balabəhmənli kənd sakinləri - 1988-ci il təvəllüdlü Məmmədov Anar Bağalı oğlu və 1996-cı il təvəllüdlü Zöhrablı Sənan Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Həsənovun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Onun Saatlı Rayon Mərkəzi Xəstəxanasında həkim – nevropatoloq işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300