İran rejimi müxaliflərə qarşı hərəkətə keçdi

İran İnqilab Keşikçiləri Ordusu və Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi xalqı təzyiq altında saxlamaq və mövcud rejimi qorumaq üçün kiberhücumlardan istifadə edir.

 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Milli Mübarizə Hərəkatının yayımladığı hesabatda bildirilib.

"Milyonlarla iranlının internetə girişi var və 48 milyondan çox insan da smartfon istifadəçisidir. İranın gənc və qəzəbli qrupları rejimin təzyiq və senzuralarından qorunmaq üçün texnologiyaların inkişafından istifadə edirlər", - hərəkatın sözçüsüHüseyn Abedideyib.

 

Kütlənin kibermüdafiəsinə qarşı İran rejimi internet trafikini nəzarət altında tutmaq üçün sistemlər yaradıb və hər hansı bir internet istifadəçisinin dövlətin kibertəzyiqlərindən qaçması məhdudlaşdırılıb.

 

Abedi bildirib ki, İran rejimi istifadəçilərin xəbəri olmadan onların fəaliyyətini izləmək üçün aplikasiyaların içinə kodlar yerləşdirib. Onun sözlərinə görə casus proqramları İranın android mobil bazarı olan "Cafe Bazaar" vasitəsilə ötürülür.

 

"Mobogram" adlı casus proqramı istifadəçilərin hər bir hərəkətini izləməyə imkan yaradır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300