sitename

                 Oğuzda bir ailənin üç üzvü yol qəzasına düşüb

 

Oğuz rayonunda bir ailənin üç üzvü yol qəzasına düşüb.

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 19:30 radələrində Oğuz-Bayan avtomobil yolunda baş verib.

Oğuz şəhər sakini, 1971-ci il təvəllüdlü Kərim Kərim oğlu Kərimov sükanı arxasında əyləşdiyi minik avtomobilinin idarəetməsini itirərək maşını yolun kənarındakı ağaca vurub. Nəticədə K.Kərimov və avtomobildə sərnişin qismində olan ailə üzvüləri - 1976-cı il təvəllüdlü həyat yoldaşı Sevinc Nadir qızı Kərimova, 2003-cü il təvəllüdlü övladı Aysel Kərimova xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssəsindən "Report”a bildirilib ki, yaralılardan Sevinc və Ayselin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. K.Kərimovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncədə zəncirvari yol qəzası nəticəsində ər və arvad xəsarət alıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300