sitename

        Cənubi Koreyaya sığınmış Şimali koreyalılar haqqında məlumatlar kompüterdən oğurlandı

 

Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçıb Cənubi Koreyaya sığınmış 997 nəfər haqqında fərdi məlumatlar kompüterdən oğurlanıb.

Koreya KİV-lərinin məlumatına görə, Cənubi Koreyaya sığınmış KXDR vətəndaşlarının məskunlaşması məsələləri ilə məşğul olan mərkəzdəki kompüterlər haker hücumuna məruz qalıb. Hələlik haker hücumunun haradan və kim tərəfindən edildiyi bilinmir.

Cənubi Koreyanın Birləşmə Nazirliyi bəyan edib ki, oğurlanan fərdi məlumatlar arasında KXDR-dən qaçıb gələnlərin adları, doğum tarixləri, yaşayış ünvanları da var. Fərdi məlumatları oğurlanmış şəxslər məsələ barədə xəbərdar edilib.

Qeyd edək ki, hazırda Cənubi Koreyada KXDR-dən qaçıb sığınmış təxminən 30 min nəfər yaşayır. Onların yenidən məskunlaşması məsələləri ilə məşğul olan 25 mərkəz fəaliyyət göstərir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300