sitename

            Ermənilər Rusiya hərbi bazasına görə etiraz aksiyaları seriyasına başlayırlar

 

Ermənistanın siyasi və ictimai təşkilatları Rusiya səfirliyi və Gümrüdə yerləşən 102 saylı hərbi bazası qarşısında etiraz aksiyalarına başlayacaqlar.

Yerli mediaya danışan Avropa partiyasının həmsədri Tiqran Xzmalyan yanvarın 12-də Gümrüyə gedəcəklərini söyləyib. O, bir müddət öncə döyülərək vəhşicəsinə qətl edilən Cülyetta Kazaryanın ölümünün 40-cı günündə, 6 il qabaq əsgər Permyakov tərəfindən Avetisyan ailəsinin məhv edilməsinin 6-cı ilində 102 saylı bazanın önündə tədbir təşkil olunacağını bildirib.

Xzmalyan əsas tələblərinin rus qoşunlarının Ermənistandan çıxarılması olduğunu vurğulayıb. Bundan başqa, o, Rusiya və Türkiyə arasında bağlanan 1921-ci il Moskva və Qars müqavilələrinin ləğv olunmasını əsas istəkləri olduğunu deyib.

Erməni publisisti Narine Dilbəryan da Tiqran Xzmalyana dəstək verəcəyini söyləyib.

"Rusiya hərbi bazası öz nizam-intizamını, habelə bizim vətəndaşların təhlükəsizliyini ən yüksək səviyyəyə çıxarmalıdır. Bu həm də bizim yerli hakimiyyətə verdiymiz dəstəkdir. Burada məsələ anti-Rusyalılıq deyil, Ermənistanın suverenliyi və vətəndaşlarının təhlükəsizliyi problemidir”, - deyə erməni publisisti qeyd edib.//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300