sitename

          Bakı Nəqliyyat Agentliyinin xərclədiyi milyonlar və keyfiyyətsiz yol xətləri...

 

 

Azərbaycanda son zamanlar yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb

2016-cı ildə bu qəzaların sayı 62 faiz, ötən il isə 67 faiz olub. İl ərzində baş verən qəzaların xronologiyasına diqqət etdikdə bu il faiz dərəcələrinin daha yüksək olacağı ehtimal edilir.

İnzibati və ictimai qurumların maariflədirmə işləri ilə yanaşı, son illər Bakı şəhərində inşa edilən yeraltı və yerüstü keçidlər də yol qəzalarının sayını azalda bilmir, əksinə, bu neqativ hal artan templə davam etməkdədir.

Bakı şəhərində avtomobil qəzalarının artması, xüsusən də bu qəzaların daha çox gecə saatlarında baş verməsi digər bir məqamı gündəmə gətirirb. Səslənən iddialara görə yollarda gecə saatlarında avtomobil qəzalarının artmasının əsas səbəblərindən biri yol xətlərinin düzgün və keyfiyyətli olmamasıdır.

Bakı şəhərində yollara vurulan boyalar qısa zaman ərzində keyfiyyətini itirir. Normal hallarda yenilənmiş xətlər asfalt üzərində minimum 400 gün qalmalı olduğu halda Azərbaycanda bu xəttlərin ömrü 60-80 gün olur.

Gecələr yollardakı xətlərin avtomobil işıqlarında əks olunmaması və yağışdan sonra çürüməsi yollarda istifadə olunan boyaların normativlərə cavab verməməsini aydın göstərir.

Qeyd edək ki, Avropa ölkələrində, qonşu Gürcüstan və İranda son zamanlar yolların rənglənməsində daha çox fosforlu boyalardan istifadə edirlər.

Bakı şəhərinin yollarının xətlənməsini son illər Nazirlər Kabineti yanında "Bakı Nəqliyyat Agentliyi” MMC-nin sifarişi ilə "YOL Xətt” MMC həyata keçirir.

Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi "Yol Xətt” MMC ilə ötən il ümumi məbləği 4 mln. 843 min 923,6 manat olan iki müqavilə imzalayıb.

Bakı Nəqliyyat Agentliyi ilə "Yol Xətt” MMC-nin işbirliyi bu il də davam edib.

Belə ki, 2018-ci ilin sentyabr ayında yenə də bu iki şirkət arasında yol xəttlərinin çəkilməsi predmeti üzrə iki müqavilə imzalanıb.

Müqavilələrin ümumi dəyəri isə 6 245 674 manatdır.

"Yol Xətt” MMC eyni zamanda sənaye nişanlarının istehsalını həyata keçirir. Şirkətin rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur.

Onu da qeyd edək ki, hər iki qurum il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlətməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir.

Bu barədə adıçəkilən qurumların saytlarında da heç bir informasiya yoxdur.

Qlobal.az məsələ ilə bağlı BNA-dan və "Yol Xətt” MMC-dən mövqe öyrənməyə çalışsa da, heç bir qurumdan cavab verilmədi.

Xatırladaq ki, bu il "Yol Xətt” MMC-nin rəhbəri Zaur Həsənov Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.//qlobal.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300