Yevlaxda dumanlı hava yol qəzasına səbəb olub, yaralılar var
Yevlax rayonunda dumanlı hava şəraiti yol-nəliyyat hadisəsinə səbəb olub.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacıselli-Varvara yolunda baş verib.
Belə ki, "VAZ-2107” və "VAZ-21010” markalı minik avtomobilləri dumanlı hava şəraitində hərəkət edən zaman toqquşublar.
Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
"VAZ-2107” markalı maşının sürücüsü, Ağdaş rayon sakini, 1955-ci il təvəllüdlü Məmmədcahan Məhəmməd oğlu Qurbanovun vəziyyəti ağır olduğundan o, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Qəza zamanı xəsarət alan daha bir nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.