sitename

       Oş şəhəri 2019-cu il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu

Qırğızıstanın qədim Oş şəhəri 2019-cu il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu.

Bununla bağlı qərar dekabrın 18-də Türkiyənin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında qəbul edildi.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Kastamonu şəhərində Tarixi Kurşunlu xanda keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının bağlanış hissəsində etdiyi çıxışda koordinasiya vəzifəsini Qırğızıstana təhvil verdiklərini söylədi.

Bundan sonrakı yığıncağın Qırğızıstanın Oş şəhərində keçiriləcəyini vurğulayan nazir "Ümid edirəm ki, hamımız Oş şəhərində yenidən bir araya gələcəyik” dedi.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov isə Qırğızıstanın Oş şəhərinin "2019 Türk Dünyasının Mədəniyyət Paytaxtı” olduğunu elan edərək hər kəsi bu şəhərə dəvət etdi.

Şeyx Şabanı Vəli ilə əlaqəli Qırğızıstanda müxtəlif tədbirlər keçiriləcəyini söyələn Kaseinov "Şeyx Şabanı Vəli ilə əlaqəli Türk Dünyasının Mədəniyyət Paytaxtı Oşda böyük bir konfrans olacaq. 2019 Türkiyənin xalq ozanı Aşıq Veysəl və Azərbaycanın məşhur şairi İmaməddin Nəsimi ili olacaq” deyə bildirdi.

TÜRKSOY rəsm sərgisinin açılışının da olduğu tədbirdə TÜRKSOY-ya üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclası ilə bağlı qərarlar və yekun bəyannamə imzalandı.

Proqramın yekununda Kastamonu Valiliyi tərəfindən nazir Ersoy ilə iclasa qatılan Türk dünyasının nümayəndələrinə, ayrıca (Türk dillərilə əlaqəli fəaliyyətlərilə tanınmış) "Mahmud Kaşğari” mövzulu hekayə yarışmasında uğur qazananlara mükafatlar təqdim olundu. (TRT)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300