Braziliyanın baş prokuroru ölkə prezidentini korrupsiyada ittiham edib

 

Braziliyanın baş prokuroru Rakel Dodj ölkənin hazırkı prezidenti Mişel Temerə qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamlarını irəli sürüb.

Bu barədə "Report" G1-ə istinadən xəbər verir.

Bildirilir ki, ittihamlar ölkə limanları idarəsi ilə bağlı korrupsiya sxemlərinin istintaqı çərçivəsində irəli sürülüb.

Prokurorluq hesab edir ki, Temer 2017-ci ildə rüşvət müqabilində iki limanın müqavilələrinin 70 il müddətinə uzadılmasına icazə verən fərman imzalayıb. Prezident Administrasiyasından isə bildiriblər ki, dövlət başçısı öz günahsızlığını sübut edə bilər.

Temerə qarşı proses yalnız ittihamlar Braziliya parlament tərəfindən təqdir edildikdə başlaya bilər. Lakin KİV hesab edir ki, bu, artıq gələn ilin yanvarında – Temerin səlahiyyət müddəti başa çatanda olacaq.

Qeyd edək ki, bu, Braziliya prezidentinə qarşı ilk korrupsiya ittihamı deyil. Ötən ilin iyununda da Braziliyanın o zamankı baş prokuroru Rodriqo Janot ölkə prezidenti Mişel Tenerə qarşı rəsmən korrupsiya ittihamı irəli sürüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300