sitename

        Xaricə gedən Azərbaycan turistlərinin sayı artıb

 

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 4 464,5 min nəfər olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə vətəndaşlarının 33,3%-i İrana, 29,1%-i Gürcüstana, 18,9%-i Rusiya Federasiyasına, 12,6%-i Türkiyəyə, 1,5%-i Ukraynaya, 0,9%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,7%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,4%-i kişilər, 34,6%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3%, Gürcüstana gedənlərin sayı 3,3%, Türkiyəyə gedənlərin sayı 0,4% artıb, Rusiya Federasiyasına gedənlərin sayı 0,3% azalıb.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,2%-i dəmir yolu və avtomobil, 18%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300