Şri-Lankanın baş naziri istefa verib

 

Şri-Lankanın baş naziri Mahinda Racapaksa dekabrın 15-də postunu tərk edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Mahinda Racapaksa bu addımı "dövlətdə sabitliyin təmin olunması” məqsədilə atdığını bildirib.

"Press Trust of India” agentliyinin məlumatına görə, Şri-Lanka hökumətinin başçısı postuna prezident Maytripala Sirisenanın oktyabr ayında istefaya göndərdiyi Ranil Vikramasinqhe qayıdacaq.

Ölkədə siyasi böhran oktyabrın 26-da baş nazir postunda Ranil Vikramasinqheni əvəzləyən Mahinda Racapaksanın andiçmə mərasimindən sonra başlayıb. Şri-Lanka Ali Məhkəməsinin dekabrın 13-də çıxardığı qərara əsasən, Racapaksa Baş nazir funksiyasını yerinə yetirə bilməz. Bu səbəbdən də o, vəzifəsini tərk etməli olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300