sitename

        "Neftçi” Azərbaycan Kubokunda "Sumqayıt”a uduzub

 

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əli Babayev 28-ci dəqiqədə penaltidən fərqlənib. Şəhriyar Əliyev isə 45+4-cü dəqiqədə künc zərbəsindən sonra başla qol vurub.

Maraqlıdır ki, hər iki qolun müəllifi zədələnərək oyunu davam etdirə bilməyib. Matçın ilk hissəsində ayağından zərbə alan Ə.Babayev fasilədən sonra, 55-ci dəqiqədə Cavid Tağıyevlə əvəzlənib. Qarşılaşmanın 62-ci dəqiqəsində zədələnən Şəhriyar Əliyev isə yerini Murad Xaçayevə verib.

Oyunun 88-ci dəqiqəsində "Neftçi"nin heyətində Anton Krivotsyuq simulyasiya etdiyi üçün ikinci dəfə sarı vərəqə alıb və meydandan qovulub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 19-da "Kapital Bank Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.

Günün ilk oyununda "Zirə" və "Səbail" komandaları üz-üzə gəlib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300