sitename

                        Sizin Mübariz İbrahimov sevginizə inanmıram-Bilirsiniz niyə?

Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəmanımız Mübariz İbrahimovla bağlı dedikləri gündəmi zəbt edib, bütün problem deyə biləcəklərimizi arxa plana salıb, bir nəfər kimi vətənpərvər olmuşuq. İlk cümlədən elə zənn etməyin ki, psixoloqu dəstəkləyəcəm, ya haqq qazandıracam. Başından böyük qələt edib, burası öz yerində.
Sözün düzü ilk dediklərini harda, nə cür, hansı formada dediyinin şəxsən şahidi olmasamda, elə tirajlanan yazılardan öyrəndim. Bu gün sosial şəbəkələrdə videosu rastıma çıxdı. Arqumentlərinin bəzilərində haqlıdır. Bəli haqlı...
Bilirsiniz haqlı dediyim hansı arqumentləri idi? Haqqın nə olduğunu ayırd edə bilirsinizsə videonu tapıb baxarsınız. Yenə də qeyd etməkdə xeyir var, başından böyük qələt edib, Milli Qəhrəmana dil uzadıb.
Sizin səmimiyyətinizə inanmamağıma səbəblər bilirsiniz nədir? Hövsələm çatdığı qədər sayacam:

-"Ermənilər düşmənimiz deyil" fikri ilə ilkmi rastlaşdınız? Psixoloqa qədər deyənlərə gücünüz çatmırdı deyə, bütün acığınızı indiyəmi saxladınız?

-Milli mənəvi dəyərimizə hayqırıdır deyə üsyana qalxmısınızsa, gülünc görünür. Çünki, elə mənəvi dəyər deyə biləcəklərimizi mətbuat gözdən saldı, baltaladı. Əxlaqa sığmayan şeyləri tirajlamaqda məqsədiniz oxucu sayı deyildiki?!

-Qeydiyyatda olduqları komisarlıqlarla danışıqlara gedib, müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınanlar, 35 yaşınıza bir şey qalmayıb ha, bir az səbr edin. Day sizə "papiska" gəlməyəcək. Deyəndə ki, niyə xidmətdən yayınırsan?-Cavabı belə olur, "vaxt itkisidir, burda qalıb vətənimə daha xeyirliyəm".Kişinin oğlu vətənə xeyirli övlad imiş..

-Ölkədə söz azadlığı deyilən bir şey qalmayıb deyəndə razılaşmırdınız. Elə isə buda söz azadlığı- qələtin miqyası böyük olsa belə...

-Düzdür heç kim öz ayranına turş deməz. Ancaq fəaliyyətimizdən xəbəri olanlar, tirajladığımız xəbərləri oxuyanlar təsdiqləyər ki, ölkədə azsaylı mətbu orqan var ki, şəhid haqqında mütamadi yazılar, reportajlar hazırlayır. Çəkinmədən öz adımızı ilklərə qeyd edirik. Uluyol xəbər portalı olaraq "Şəhidlərimizi hər gün anaq", "Şəhidimdən danış" layihələri ilə indiyə qədər yüzlərlə yazılarımız tirajlanıb. Bunları qeyd etməkdə məqsədim bilirsiniz nədir? İndi Mübariz sevgisi ilə coşub daşanlara həmin yazıların linkini yollayanda öz rəhbəri olduqları portallarda yayımlamırdılar. İndi bu məhəbbət, bu sevgi haradan yarandı?!

-Dünən (14 dekabr) Milli Qəhrəman Əliyar Əliyevin doğum tarixi idi. İnternet üzərindən axtarış apardım, heç yerdə bu haqda yazıya rast gəlmədim. Milli Qəhrəmanımız haqqında informasiya toparlayıb yayımladıq. Bax, belə. Bütün bunlara görə sizin səmimiyyətinizə inamıram.

-Biz elə bilirik ki, hər hansı rayonun hərbi komisarlığına yaxınlaşıb şəhidi, itkini haqqında lazımı informasiyanı ala bilərik. Yox, əzizlərim. Elə deyil. Neftçala rayonunda düz 3 aya toparladım. Doğum, şəhadət tarixlərindən, adlarının düzgün yazılışından tutmuş, ta ki fotolarına qədər. Dərd budur... İndi də istəyirik ki, Neftçala rayonundan başlayıb bütün şəhid ailələri ilə reportaj hazırlayaq. Böyük işdir. Şəhid şəkillərindən ibarət stendlərin lazımı yerlərdə vurulması, filan şəhidimiz bu evdə yaşamışdır mərmər lövhəsi, məzarlıqların təmiri, şəhid ailəsindən xatirələri, qəzet, televiziya, sayt formatında hazırlayacağımız reportajlar və sonda kitab. Bir cümləyə sığdırsamda böyük işdir, Təxminən bir ilə ərsəyə gələr. Di gəl ki, maliyyə yoxdur. Adını xeyriyyəçi qoyanlar vare, onlarada inanmayın. QHT-lər vare elə onlarda. Təxminən 7-8 min manat civarında başa gələcək işdir.QHT-lər deyir ki, uzağı 2 min manat olsa baxarıq... Bilmirsən güləsən,ya da ağlayasan. Sizdə başlayıbsınız psixoloq belə dedi, yox başqa cür də deyə bilərdi.

-Maraqlı məqam yaranıb, bu ən çox gənc yazarlarımız arasında baş verir. Qabağa getmək istəyirsən?-xalqın dəyər deyə biləcəyini söy, alçalt. Bununlada yenilikçi olursan. Əgər ictimai qınaqdısa, srağagün jurnalistlərdən biri, əslində jurnalistikaya dəxli olmasada, belə qələmə verilirdə, neyniyək?! Qurani-Kərimin üzərinə araq şüşəsini qoyub, paylaşım etmişdi. Ona niyə reaksiya verilmədi. Axı, Mübarizdə inanclı idi, Mübarizkimilərin dəyərini, qiymətini bizdən daha yüksək qiymətləndirən Allah-Təaladır. "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". (BƏQƏRƏ SURƏSİ 154)

-Deməli bu psixoloq verlişdə jurnalist İsmayıl Xələfli ilə mübahisəsi yarandı, və ondan sonra jurnalist əlindəki imkanlardan istifadə edib bu məsələni gündəmə daşıdı. Elə isə, psixoloq orda İsmayıla sərt reaksiya göstərməsəydi məsələ ictimailəşməyəcəkdi. Bu qədər bəsit. Qəhrəmanımızla bağlı dediklərindən sonra ekspert kimi verlişə dəvətdə alırdı. Bax, bütün bunlara görə səmimiyyətinizə inanmıram.

-Bir aydan artıq ki, Prezident Aparatının qarşısında şəhid ailələri  aksiya keçirir. Duxunuz(muz) çatmır işıqlandıraq, düşmüşük zavallı psixoloqun üzərinə.Yuxarıda dediyim dəyərləri söyüb reytinq qazanlar var idi ha, bu o kateqoriyadandırdə. 

P.S. Mənim ürəyim doludur, sizin isə zamanınıza heyifim gəlir. Allah hidayət eləsin. Gün o gün olsun şəhidin dəyərini reytinq üçün deyil, məqamına uyğun dərk edək, AMİN!

  Saday Fərəcov, uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300