Kanadanın turizm naziri Çinə səfərini təxirə salıb

 

Kanadanın turizm naziri Melani Joli gələn həftəyə nəzərdə tutulan Çin səfərini ləğv edib.

"Report” CTV-yə istinadən xəbər verir ki, o, dekabrın 17-20-də Kanada-Çin turizm ilinin başa çatmasına həsr olunan tədbirlərdə iştirak etməli idi. Lakin tərəflər mərasimi təxirə salmaq qərarına gəliblər.

Xatırladaq ki, dekabrın 1-də Vankuverdə Çinin "Huawei” şirkətinin maliyyə direktoru Menq Vuanjou Nyu-York Şərq Dairə Prokurorluğunun ekstradisiya sorğusu əsasında saxlanılmışdı. Çinli xanım iş adamına qarşı ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə ittiham irəli sürülüb. Dekabrın 11-də isə Vankuver məhkəməsi onu girov müqabilində azad edib.

Çin hökuməti isə həftə ərzində Kanadanın iki vətəndaşını milli təhlükəsizliyə qarşı fəaliyyətdə təqsirləndirərək saxlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300