sitename

            UEFA-dan "Qarabağ”a 1 milyon 140 min avro

 

2018/19 mövsümündə avrokuboklarda iştirak edən Azərbaycan klubları UEFA-dan vəsait alıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasında çıxış edən "Qarabağ” 1 milyon 140 min, Avropa Liqasında mübarizəni dayandıran "Keşlə”, "Qəbələ” və "Neftçi” hərəyə 240 min avro qazanıb.

 

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Qeyd edək ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş "Keşlə” (sabiq "İnter”) klubu üçün ayrılmış 25.010 avro vəsait 2017-ci ildə "İnter” Futbol Klubunun borcları AFFA tərəfindən ödənildiyi üçün AFFA-nın balansında saxlanılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300