sitename

        Ərdoğan: "İnsan hüquqlarından danışanlar Fransadakı hadisələrə münasibətdə lal, kar və kor oldular”

 

"İstanbuldakı Gəzi parkı hadisələrində insan haqlarından danışıb, onu müdafiə edənlər, Fransda, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor oldular”.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Parrtiyasının mərkəzi qərargahında 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən "İnsanlığın mədəniyyəti” və "İnsanlığa ümid: Türkiyə” adlı tədbirdə bildirib.

"Gəzi hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün. Etmədilər, hadisələri yayımlamadılar. Çünki səmimi və dürüts deyillər" - deyə Rəcəb Tayib Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyənin demokratiyasına, azadlığına ağız büzənlər bu gün özləri imtahanla üz-üzədir: "Artıq Türkiyəyə kimsə demokratiya dərsi keçə bilməz. Avropaya deyiləcək söz odur ki, mədəniyyət maskası altında gizlətdiyiniz iç üzünüz artıq aşkara çıxıb. Atalar yaxşı deyib: "Bal iylənməz, yağ iylənər, onun da əsli ayrandır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300