скачанные файлы (2)

Hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu təhsil nazirinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılır. Nazirlikdən qeyd olunub ki, uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir. Məlumatda əlavə edilib ki, bununla belə, müəyyən hallarla əlaqədar Bakı şəhəri üzrə ərizələrin qəbulu və uşaqların seçim vaxtında dəyişiklik ola bilər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300