sitename

        ABŞ-ın beşinci donanmasının komandanı müəmmalı şəkildə öldü

 

ABŞ Hərbi Dəniz Qüvvələrinin İran və Suriya da daxil olmaqla geni Fars körfəzi regionundakı əməliyyatlara cavabdeh olan Beşinci donanmasının komandanı Bəhryndəki iqamətgahında ölü tapılıb.

 

Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının rəhbəri Con Riçardson bəyan edib.

"Komanda, bu gün mənim kədərli vəzifəm bundan ibarətdir ki, sizə Beşinci donanmanın komandanı, vitse-admiral Skott Stirininin ölümü barədə məlumat verim.O, bu gün Bəhreyndə ölü tapılıb”-Riçardson bildirib.

 

Beşinci donanmanın mətbuat xidmətindən bildiriblər ki, admiralın ölümünün səbəbi hələ məlum deyil. Hazırda HDQ-nin və Bəhreyn Daxili İşlər Nazirliyinin təhqiqatçıları müvafiq tədbirlər həyata keçirirlər. Bununla belə qeyd olunur ki, hazırda komandanın qəsdən öldürüldüyünü deməyə əsas verən səbəb yoxdur. İlkin versiyalar bundan ibarətdir ki, vitse-admiral Stirini "təbii səbəblərdən” ölüb.

Skott Stirinin ölümündən sonra onun səlahiyyətləri müavini, kontr-admiral Pol Şilzə həvalə edilib.

 

Beşinci donanma Fars körfəzi və Hind okenanının bir hissəsinə cavabdehdir, qərargahı və əsas bazası Bəhreyndə yerləşir. Bu donanma İraqa qarşı hərbi kampaniyalarda, habelə "Əl-Qaidə” və İŞİD-ə qarşı əməliyyatlarda əsas rol oynayıb. Donanmanın tərkibinə ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik və Sakit okean donanmalarının gəmiləri daxildir. Sərəncamında təyyarədaşıyan gəmilər, yüzlərlə müxtəlif tipli döyüş təyyarələri və vertolyotları, xüsusi təyinatlı qüvvələr də dəniz piyadaları var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300